Partiya  Türkiyənin incə İncirlik mesajı - ABŞ onu itirərsə...-
“İncirlik Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hava bazalarından biridir”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. “İncirlik bütün obyektləri ilə birlikdə Türkiyə Respublikası dövlətinin mülkiyyətidir”, - nazirlikdən qeyd olunub. Nazirlik məsələ ilə bağlı 6 maddəlik açıqlamasında bildirib: “İncirlik bazasındakı məlum təsisatların istifadəsi Türkiyə ilə ABŞ arasında 1980-ci il martın 29-da imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq müqaviləsinə görə davam edir. Bu müqavilə ”Türkiyə Respublikasının hökuməti İncirlikdəki Türk Silahlı Qüvvələri obyektlərində müştərək müdafiə tədbirlərinə qatılması üçün Birləşmiş Ştatlar hökumətinə izn verir".
- İncirlik bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hava Qüvvələri bazalarından biridir, türk bazasıdır, üzərindəki bütün təsisatlarla birlikdə mülkiyyəti Türkiyə Respublikası dövlətinə aiddir;
- Şanlı bayrağımız 24 saat göylərdə dalğalanır və heç bir zaman enməyib;
- İncirlikdəki 10-cu Tanker Komandanlığı Əskişəhərdə yerləşən Döyüş Hava Qüvvələri komandanlığına, daha sonra Hava Qüvvələri Komandanlığına tabedir;
- 10-cu tanker komandanlığı ABŞ-dan xaricdə İspaniya, Qətər və Polşaya aiddir. Oradan təbii sabitlik üçün əməliyyatlar dəstəklənir və s".
ABŞ-Türkiyə gərginliyi fonunda Ankaranın bu açıqlaması xüsusi diqqət çəkir. Ekspertlər də Baydenin məlum bəyanatından sonra İncirlik hərbi bazasından istifadənin gündəmə gələcəyini bildirmişdilər.
Türkiyənin bu mesajının arxasında hansı qərarlar ola bilər? İncirliyin NATO və ABŞ üçün əhəmiyyəti nədir? Bu bazanın itirilməsi hansı fəsadlara səbəb ola bilər?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a danışıb. Deputat deyib ki, İncirlik hərbi bazası Türkiyəyə məxsusdur: “Amerika və NATO ölkələri Türkiyə ilə hərbi sahədə olan sazişlərinə görə bu bazadan istifadə edirlər. Hava qüvvələri üçün bölgənin ən önəmli bazasıdır. NATO, eləcə də Amerikanın milli təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Baydenin bu bəyanatı ilə sanki ermənilərə olan borcunu qaytarmış kimi görünmək istəyirdi. Amma bununla ölkəsinin milli təhlükəsizlik maraqlarına çox böyük zərbə vurdu. Türkiyə elə bir ölkə deyil ki, onunla sanksiyalar, təzyiqlər dili ilə danışılsın. Burada Azərbaycanın da böyük önəmi var. Çünki Amerika və NATO qüvvələrini Əfqanıstandan çıxarırsa, ölkəmizin üzərinə böyük rol düşür. Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi, 907-ci düzəlişi dayandırdıqları barədə sözləri bir sıra mətləblərdən xəbər verir. Yeri gəlmişkən, deyim ki, 907-nin müəlliflərindən biri elə Baydenin özüdür. Senator olduğu vaxtlarda qəbul olunub. Amerika öz maraqlarını qorumalıdır. Yaranmış böhrandan çıxış yolu axtarılmalıdır. Bu da Türkiyə ilə yaxın əlaqələr qurmaqdan ibarətdir. Qardaş ölkəyə terrorla mücadilədə dəstək verilməlidir. Bu gün Türkiyə böyük bir bölgənin təhlükəsizliyini təmin edən dövlətdir. Eyni zamanda NATO-nun nəzdində böyük nüfuza və gücə sahib ölkədir. Bunun üçün Türkiyə ilə dostluğa böyük ehtiyac var. Rəsmi Ankara ilə təzyiqlər dili ilə danışmaq mümkün deyil”.....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə