Partiya  Azərbaycanda Nuru Paşaya abidənin qoyulması niyə yubanır? — "Məsələ ictimai müzakirəyə çıxarılmalıdır..."-

Deputat Asim Mollazadə: "Azərbaycan xalqı bu ordunun başçısını mütləq yad etməlidir"


Azərbaycan 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etdiyi 44 günlük müharibə dövründə Türkiyənin böyük dəstəyini hiss etdi. Dostluq, qardaşlıq və tarixi kökləri olan əməkdaşlıq münasibətlərinin fonunda 1918-ci ildə Bakını erməni daşnaklardan və bolşeviklərdən azad edən Qafqaz İslam Ordusuna və onun başçısı Nuru Paşaya abidənin qoyulması məsələsi gündəmə gəlib. İndiyə qədər bir neçə dəfə bu məsələ aktuallaşsa da, nəticə etibarı ilə ideya həyata keçirilməyib.....


......Milli Məclisin deputatı Asim Mollazadə də Qafqaz İslam Ordusuna və ya Nuru Paşaya abidənin qoyulmasını zəruri hesab edir:


“Mənə elə gəlir ki, artıq bu addımın atılması vacibdir. Qafqaz İslam Ordusu zamanında ölkəmizi erməni quldurlarından və bolşeviklərdən xilas etdi və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük dəstək verdi. Bizim torpaqlarımızda həmin türk əsgər və zabitlərinin məzarları var. Onlar hər bir azərbaycanlı üçün bizim öz şəhidlərimiz kimi doğmadır. Azərbaycan xalqı bu ordunun başçısını mütləq yad etməlidir. Bu baxımdan, Qafqaz İslam Ordusuna və ya Nuru Paşaya abidənin qoyulması çox gözəl olardı və buna zərurət var. Bunun üçün ilk növbədə memarlar bu işlə məşğul olmalı, variantlar hazırlamağa başlamalıdırlar. Bu variantların da təsdiqi üçün xüsusi komissiya yaradılmalıdır. 


Çox istəyərdim ki, bu abidə yüksək memarlıq üslubunda hazırlansın. Bununla həm biz, həm də dünyanın digər ölkələrində yaşayan türklər bu abidədən xəbərdar olarlar”.


Aygül Qarayeva

Demokrat.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə