Partiya  Bayden-Putin görüşünün yer seçiminə Bakıdan reaksiyalar-
ABŞ-ın demokratlara yaxınlığı ilə bilinən nüfuzlu “Politico” nəşri ekspertlərə və bir sıra keçmiş məmurlara istinadən yazır ki, ABŞ və Rusiya prezidentlərinin olası görüşünün baş tuta biləcəyi məkanlar sırasında Azərbaycanın paytaxtı Bakının da adı var. Keçmiş amerikalı məmurlar və ekspertlər “Politico”ya deyiblər ki, sammitin keçirilməsi üçün Bakının seçilməsi şablondan kənar qərar olardı. Yerli ekspertlər bu görüşün Bakıda baş tutması ehtimalına necə baxırlar? Əgər belə bir hadisə baş verərsə, ölkəmizə və regiona, o cümlədən Qarabağla bağlı apardığımız siyasətə necə təsir buraxa bilər?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirdi ki, Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirib: “Dəfələrlə Rusiya və Amerikanın hərbi rəhbərliyinin Bakıda görüşləri olub. Amma açığını deyim ki, Bayden-Putin görüşünün mütləq Bakıda olacağına tam əmin deyiləm. Əgər görüş ölkəmizdə baş tutsa, Azərbaycan etibarlı tərəfdaş kimi lazımi şəraiti yarada bilər.
Asim Mollazadə: “Görüşün mütləq Bakıda olacağına tam əmin deyiləm”
Təbii ki, görüş Bakıda olarsa, bu, ancaq ölkəmizə müsbət təsirini göstərər. Çünki bölgədə sabitliyin olmasında hər kəs maraqlı olmalıdır. Çalışmalıyıq ki, bu iki ölkə arasındakı münasibətlərdə olan mənfi çalarlar bölgədə sabitliyə öz təsirini göstərməsin”......
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə