Partiya  ABŞ dövlət katibinin “dünya düzəninə xələl gətirmişik” etirafı-
ABŞ dövlət katibi Entoni Blinken xarici siyasətinə rəhbərlik etdiyi dövlətin mövcud dünya düzəninə xələl gətirəcək hərəkətlərə yol verdiyini bildirib. O, bu etirafı BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Onun sözlərinə görə, müasir dövrdə hər kəs üzərinə düşdüyü öhdəliklərə könüllü şəkildə sadiq qalmağa görə məsuliyyəti öz üzərinə götürməlidir. “Bu, Birləşmiş Ştatlara da aiddir. Mən bilirəm ki, bizim bəzi hərəkətlərimiz dünyada hüquqa dayanan qaydalara zərər vurub və başqalarını bizim həmin düzənə sadiq qalıb-qalmadığımızı sorğulamağa məcbur edib”, - deyə o bildirib. Entoni Blinken Co Bayden administrasiyası dövründə ABŞ-ın beynəlxalq birliklə çoxtərəfli fəaliyyətə geri dönəcəyinə söz verib.
ABŞ-ın hansı səhvlərindən söhbət gedir? Söhbət yalnız Tramp hökumətinin bir neçə təşkilatdan çıxmasından gedir, yoxsa “rəngli inqilablar”, hakimiyyət dəyişiklikləri də nəzərdə tutulur?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Blinkenin dediklərindən çıxan nəticəni bu cür şərh etdi: “Blinkenin bölgədəki çıxışı ilk növbədə, beynəlxalq hüquq normalarına riayət edilməsini nəzərdə tutmalıdır. Ümidvaram ki, bu belədir. Bu çox mühüm amildir. Beynəlxalq təşkilatların təməl prinsiplərinə riayət etmək, beynəlxalq hüquq normalarına əməl etmək hər bir dövlətə, onun siyasətinə aid olmalıdır. Heç bir dövlət dünyada öz istədiyi kimi hərəkət edə bilməz. Həcminə, gücünə baxmayaraq hər bir ölkənin, xalqın öz hüquqları var.
Bu hüquqlara hörmətlə yanaşmaq lazımdır. Ən azından pandemiya dövrü bir çox gerçəkləri çılpaqlığı ilə göstərdi. Çox təəssüflər ki, böyük dövlətlər vaksinləri öz əllərində cəmləşdirərək ilk növbədə, öz ehtiyacları barədə düşündülər. Lakin unutmaq olmaz ki, heç kəs tək pandemiyadan qurtula bilməz. Hamı səylərini birləşdirib, birlikdə bu bəladan qurtulmalıdır. Bu digər məsələlərə də aiddir. Zənnimcə, beynəlxalq hüquq normalarına, BMT-nin özünün təməl prinsiplərinə əməl etmək dünyada haqq-ədaləti bərpa edə bilər”.....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə