Demokratik
İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə partiyanın
qərargahında İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki
qəbul edib. Görüşdə
Azərbaycan-İsrail münasibətləri, Azərbaycan ərazilərinin işğaldan azad
edilməsindən sonra bölgədə yaranmış vəziyyət, Qəzza zolağında baş verən son
hadisələr müzakirə edilib. Asim Mollazadə
Azəraycanla İsrail arasında uzun illərə və ənənələrə əsaslanan dostluq
münasibətlərinin olduğunu, həmin münasibətlərin bu gün də uğurla davam etdiyini
deyib. O, Azərbaycan ərazilərinin işğal azad edilməsi yolunda İsrailin ölkəmizə
birmənalı dəstəyinə və mövqeyinə görə səfirə minnətdarlığını bildirib. Qeyd
edib ki, Azərbaycan xalqı ən ağır günlərində onun yanında olan İsrail xalqının
dəstəyini unutmayacaq. Millət vəkili İsraillə
Fələstin arasında yaşanan gərginliyə, bu münaqişədən ən çox dinc insanların
zərər görməsinə də təəssüfünü ifadə edib. Bildirib ki, Azərbaycana dost olan
İsraillə Fələstin arasında yaşanan qarşıdurmanın tezliklə tərəflərin iradəsi
əsasında sona çatacağına, bölgədə uzunmüddətli sülhə nail olunacağına ümid
edir. Asim Mollazadə
qonağa rəhbərlik etdiyi partiyanın fəaliyyəti barədə də ətraflı məlumat verib. Səfir səmimi qəbula,
xoş arzulara və siyasi dəstəyə görə partiya sədrinə təşəkkür edib.
|