Mayın 21-də axşam saatlarında Avropa Parlamenti erməni diversantları ilə bağlı qətnamə qəbul edib. Bakıdan onların qeyd-şərtsiz azad edilməsi tələb edilir. Ermənilər bu qərarın ardından sevinclərini gizlətməyiblər və gələn reaksiyalar bunu göstərir. Azərbaycanda isə bu qətnamə sərt reaksiyalar doğurub.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə qərarın heç bir hüquqi əsasının olmadığını söylədi: “Avropa Parlamentində erməni diasporuna sıx bağlı olan, ”səlib yürüşləri" təfəkküründə olan qrup Ermənistana dəstək verir. Onlar anti-İslam mövqeyindən çıxış edir, beynəlxalq hüquq normalarına əməl etmirlər. Bu da çox təəssüf doğurur. Ümidvaram ki, onların mövqeləri Azərbaycanla Avropa Birliyi arasında olan uğurlu əməkdaşlığa maneçilik törətməyəcək. Bu sadəcə olaraq erməni diasporuna xidmət edən qüvvələrin təşəbbüsüdür. Bu qərarın heç bir hüquqi əsası yoxdur. Parlamentin mayın 20-də keçirilən iclasında bu məsələ ətrafında müəyyən müzakirələr getdi, etiraz ifadə edən çıxışlar oldu. Hər kəsə bəllidir ki, bu sənəd həm də Azərbaycanla Avropa Birliyi arasındakı isti münasibətlərə xələl gətirmək istəyən qüvvələrin niyyəti altında qəbul olunub"....