|
......Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü Asim Mollazadə deyir ki, qadınlara qarşı zorakılıq əsasən pandemiya dövründə artıb: "Qadınlara qarşı zorakılıq dünyanın bir sıra bölgələrində də artıb. Bu, pandemiyanın olduğu müddətdə daha çox diqqət çəkir".
Deputat hesab edir ki, bu halların qarşısını almaq Azərbaycan üçün də çox mühüm əhəmiyyət kəsb edir: "Qadınların cəmiyyətdə rolu Azərbaycan üçün tarixi dəyərdir. Çünki Azərbaycan əksər Avropa ölkələrdindən qadınlara daha tez seçmək və seçilmək hüququ verib. Şərqdə təhsil hüququ və cəmiyyətdə dialoq əldə etmək haqqını ilk dəfə məhz Azərbaycan qadınları qazanıblar. Onun üçün qadınların hüquqları ilə bağlı bütün problemlərə diqqətlə yanaşmaq lazımdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələlərə ciddi yanaşıb hər bir faktı araşdırmalı, dövlət tərəfindən müvafiq addımlar atılmalıdır. Nəhayət, Milli Məclisin müvafiq komitəsi də dövlət komitəsi ilə birgə hər bir faktı araşdırıb iş planını müzakirə etməli və zəruri addımlar atmalıdır".
Arqument.az
|