Partiya  İsrailin yeni hökuməti Azərbaycanla necə işləyəcək...-
İsaak Herzoq İsrailin yeni - 11-ci prezidenti seçilib. O, İsrailin sabiq prezidenti Çaim Herzoqun oğludur. Artıq Azərbaycan prezident İlham Əliyev də İsrail dövlətinin yeni başçısına təbrik məktubu ünvanlayıb.
İsraildə həm də yeni hökumət qurulub. 12 illik Benyamin Netanyahu dönəmi sona çatıb. Belə ki, “Yamina” partiyasının rəhbəri Naftali Bennet Baş nazir, “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid alternativ Baş nazir olacaq. Təxminən 2 il sonra yerdəyişmə ediləcək. Lapid Baş nazir, Bennet isə alternativ Baş nazir olacaq.
Yeni hökuməti ölkədəki “Yeş Atid”, “Kahol-Lavan”, “Yamina”, “Avoda”, “Bizim ev-İsrail”, “Tikva Hadaşa”, “Merets” və “RAAM” partiyaları dəstəkləyib....
......İşçi qrupunun üzvü, deputat Asim Mollazadə də vurğulayıb ki, Azərbaycan-İsrail münasibətləri bizim xalqların min illik birgəyaşayış tarixi ilə bağlıdır:
“Min illərdir, yəhudilər və azərbaycanlılar arasındakı qardaşlıq münasibətləri iki ölkənin əlaqələrinin inkişafında həmişə müsbət rol oynayıb. Həm İsraildə mövcud olan Azərbaycan diasporu, həm də Azərbaycanda fəaliyyət göstərən yəhudi icması ölkələrimizin arasında çoxşaxəli əməkdaşlığa həmişə dəstək verirlər. Mən əminəm ki, İsrail rəhbərliyində kimin olmasından asılı olmayaraq, ölkələrimiz arasında əməkdaşlıq davam edəcək. Çünki mühüm sahələrdə ortaq maraqlarımız var”.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev İsrailin yeni prezidenti İsaak Herzoka təbrik məktubunda əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və davamlı olacağını vurğulayıb:
“Xatırlatmaq istəyirəm ki, Qarabağa qayıdış proqramında İsrail şirkətləri də fəal iştirak edirlər. Müharibə zamanı İsrail bizə həm informasiya, həm də təhlükəsizlik baxımından dəstək verib. Bunlar dəyişməyəcək. Münasibətlərin tarixi əsaslı kökləri var”.
A.Mollazadə İsraildə Azərbaycan səfirliyinin açılmasının vacibliyini də xatırladıb:
“Yeni rəhbərliyin fəaliyyəti dönəmində səfirliyin açılması istiqamətində addımlar atılacağına ümid edirəm. Buna mütləq ehtiyac var. Xatırlatmaq istəyirəm ki, İsraildə Azərbaycanın iqtisadi və turizm mərkəzləri açılmaqdadır. Bu ölkələrimizin münasibətlərində yeni potensialın inkişafına təkan verəcək. Səfirliyin açılmasının da tezləşdirilməsini istəyərdim”.
Aysel Aslan
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə