Partiya  Lavrovun Bakıya hörmətsizliyi: Kreml gorbagor olan “status”u “xortladır”-
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda “status” məsələsinin gorbagor olduğunu dönə-dönə söyləsə də, Rusiya rəsmiləri bu mövzuya qayıtmaqdan yorulmurlar. Deyəsən, nəzəri görünən “status” arzusu Moskvanın Bakıya qarşı uzunmüddətli təsir rıçaqlarından biri olacaq. Əgər elə olmasaydı, “həftə səkkiz, mən doqquz” rus siyasiləri bu məsələnin çürüyünü çıxarmazdılar. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən “Dağlıq Qarabağın statusu” haqda danışıb. Baş diplomat “Primakov dərsləri” forumunda verilən suala cavabında “Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə əlaqələndirilməlidir” söyləyib.
Lavrov əlavə edib ki, “indi çoxları Dağlıq Qarabağın statusunun həll olunmamış qaldığını söyləyir. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə biryolluq razılaşdırılmalıdır ki, bu mərhələdə, ehtimal ki, status problemini qarışdırmamalı, əksinə, etimad tədbirlərinin gücləndirilməsinə, humanitar məsələlərin həllinə öz töhfələrini verməlidirlər ki, ermənilər və azərbaycanlılar yenidən təhlükəsizlik və iqtisadi rifah içində birlikdə yaşamağa başlasınlar”.
Bu qarmaqarışıq, dolaşıq ifadələrlə fikirlərini tamamlayan XİN başçısının sözlərindən belə çıxır ki, həmsədr ölkələr - ABŞ, Fransa və Rusiya “status” barədə baş sındırmalıdırlar. Lavrovun fikrincə, “status” Minsk Qrupu ilə əlaqələndirilməlidir...
Bakının qərarına bağlı olan bir məsələnin Minsk Qrupuna həvalə edilməsi rəyinin formalaşdırmaq Rusiya rəsmilərinin arzuları ola bilər. Lavrov hesab edir ki, Minsk Qrupu bu mərhələdə humanitar məsələlərə diqqət etməlidir, status problemini qarışdırmamalıdır. Rusiya XİN başçısı rəsmi Bakının mövqeyinə tamamilə zidd açıqlamalar verib.
Lavrov yadına salmalıdır ki, Azərbaycan “status” söhbətini çoxdan bağlayıb və cəhənnəmə göndərib. İkincisi, bu məsələ rəsmi Bakının daxili işidir və Minsk Qrupu çərçivəsində müzakirə oluna bilməz. Ancaq Lavrov əminliklə və arxayın şəkildə bəyan edib ki, Kreml bu məsələdə tələsmir. Yəni hələ uzun müddət Rusiya sülhməramlılarının Qarabağda qalacağına açıq işarə vurub.
Asim Mollazadə: “İstər Minsk Qrupu, istərsə Rusiya olsun, çalışırlar ki, hansısa formada aranı qarışdırsınlar”
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, bu məsələnin gündəmə gətirilməsi Azərbaycanın işlərinə müdaxilə etmək niyyəti daşıyır: “Hər zaman bizə qarşı əsas axtarmaq üçün bu məsələləri aktuallaşdırırlar. İstər Minsk Qrupu, istərsə Rusiya olsun, onlar çalışırlar ki, hansısa formada proseslərdə iştirak etsinlər, aranı qarışdırsınlar. Əgər ermənilərə hansısa status vermək istəyirlərsə, Rusiya bunu öz ərazisində edə bilər. Eyni sözləri Fransaya və ABŞ-a aid etmək olar. Çünki bu ölkələrdə yaşayan ermənilərin sayı Qarabağda olan ermənilərdən qat-qat çoxdur. Ona görə öz şəhərlərində onlara muxtariyyət versinlər”.....
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə