Partiya  Asim Mollazadə: “Ərdoğanın Baydenlə görüşü iki müttəfiq ölkə arasında problemlərin həllinə xidmət edəcək, Putinlə görüş isə...”-
Bu həftə dünyanın gözü Brüsseldə və Cenevrədə olacaq. Belçika paytaxtında və İsveçrə şəhərində heç də AVRO-2020 futbol oyunu deyil, dünyanın siyasi liderlərinin mühüm görüşləri keçiriləcək. Bu iki kritik görüşün nəticələri bütövlükdə geosiyasi proseslərin nizamına ciddi şəkildə təsir edəcək. Belə ki, ABŞ prezidenti Co Bayden Avropa turnesinə çıxıb. Səfər sırasında müxtəlif ölkələrin başçıları ilə görüşəcək. Dünyanın birinci güc sahibi olaraq bilinən Amerikanın dünya üçün hansı mesajları verəcəyi maraqla gözlənilir. Co Baydenin ilk səfəri Böyük Britaniyaya edib.
İyunun 11-13-ü tarixlərində Böyük Britaniyanın Karbis-Bey şəhərində G7 sammitində iştirak edən Bayden hazırda NATO sammiti üçün Brüsselə gəlib. O, Brüsseldə NATO sammitində, növbəti gün isə ABŞ-Avropa Birliyi sammitində iştirak edəcək. NATO sammiti çərçivəsində Türkiyə prezidenti Ərdoğanla görüşəcək. Nəhayət, iyunun 16-da İsveçrənin Cenevrə şəhərində Rusiya lideri Putinlə təkbətək görüş keçirəcək. Hazırda Amerika müxtəlif məsələlərdə nə Rusiyaya, nə Türkiyəyə, nə də başqa ölkələrə güzəşt etmək niyyətindədir.
“Yeni Müsavat” xəbər verir ki, yayılan məlumatlarda deyilirdi ki, Bayden NATO liderləri ilə Putinlə baş tutacaq görüşü müzakirə edəcək, görüşə isə alyansın tam dəstəyi ilə yollanacaq. Hazırda dünyanı maraqlandıran bu görüşlərdən sonra geopolitik proseslərin hansı məcrada inkişaf edəcəyi məsələsidir. Rusiya-Türkiyə yaxınlaşması, iki NATO dövləti olan ABŞ-Türkiyə münasibətləri, regionda hadisələrin axarı əldə olunan razılaşmalardan asılı olacaq.
Analitiklərin fikrincə, ABŞ-Türkiyə-Rusiya arasında münasibətlər ya yenidən bərpa olunacaq, ya da sıfırlanacaq. Lakin Vaşinqton praqmatik olduğu üçün xüsusilə bölgədə ən ciddi və uzunömürlü müttəfiqi Türkiyə ilə münasibətləri sıfırlamaqda maraqlı görünməz. Amerikadakı erməni və yunan lobbisi isə Baydendən Ərdoğanı sıxışdırmağı tələb edir. Brüsselə getməzdən əvvəl mətbuata açıqlamasında Türkiyə prezidenti Baydenin 1915 hadisələrini “soyqırım” kimi tanımasını gündəmə gətirəcəyini söyləmişdi.
Baydenin “qatil” dediyi Putinlə də arasını düzəltməyə çalışacağı gözlənilir. Di gəl, Putin onu da bilir ki, Bayden Amerikan sanksiyalarını yaxın günlərdə aradan götürməyəcək.
Tramp dövründə ABŞ və Avropa Birliyinin arasını vurmağı sevən Putin indi bu fəndlərin xeyir gətirməyəcəyini yaxşı anlayır. Çünki Bayden artıq Transatlantik alyansı dəstəkləyir və burada təbliğat vasitəsilə Putinin xal yığması mümkünsüzdür. Bəs bu iki kritik, dünya üçün əhəmiyyətli olan görüşlərdən gözləntilər nədir?
Asim Mollazadə: “Ərdoğanın Baydenlə görüşü iki müttəfiq ölkə arasında problemlərin həllinə xidmət edəcək, Putinlə görüş isə...”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ərdoğanın Baydenlə görüşü iki müttəfiq ölkə arasında olan problemlərin aradan qalxmasına xidmət edəcək: “ABŞ-Türkiyə əməkdaşlığı bərpa olunacaq, təhlükəsizliklə, sabitliklə bağlı əlaqələr genişlənəcək”.
A.Mollazadə Bayden-Putin görüşündən fövqəladə nəticə gözləmir: “İstərdik ki, bu iki ölkə arasında gərginliyin, təhlükəli istiqamətdə gedən siyasətin qarşısını almaq üçün addımlar atsınlar. Amma ciddi bir nəticə olacağını gözləmirəm. Türkiyəyə gəldikdə, müttəfiqləri ilə münasibətləri saxlamaq istəyir. Ankara son illərdə gözəl və müstəqil siyasət yürütmək bacarığını dünyaya nümayiş etdirir. Türkiyənin güclənməsi regiona sabitlik gətirir, qarşıdurmaların qarşısının alınmasına yardım edir”.....
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə