Partiya  Asim Mollazadə: “Azərbaycan mühüm missiyanı öz üzərinə götürür” AÇIQLAMA-

“Heç şübhəsiz ki, Roma Papası Fransiskin Azərbaycana səfərinin böyük əhəmiyyəti var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi sivilizasiyalararası dialoq davam edir. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərdən biridir”. Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Roma Papasının Bakıya səfəri də məhz bu dialoqun həyata keçirilməsi deməkdir: “Azərbaycan tarixən sivilizasiyalararası nəinki dialoq, əməkdaşlıq təcrübəsinə malik olan ölkədir. Minillərlə Azərbaycanda fərqli dinlərin etnik mənsubiyyətinə malik olan xalqlar qardaşlıq, əməkdaşlıq şəraitində yaşayıb. Bu gün bu dəyərimizin dünya üçün böyük önəmi var. Roma Papası öz çıxışında bunu xüsusi vurğulayıb. Mənə elə gəlir ki, Papanın söylədiyi bu sözlər dünyada təbii olaraq hamının diqqətini cəlb edir. Azərbaycan öz dəyərlərini dünya ilə bölüşərək əslində çox mühüm bir missiyanı öz üzərinə götürür. Ötən gün Papanın çıxışında sülhə çağırış çox önəmli idi. O, Cənubi Qafqazda sülh üçün hamını birgə dəstək verməyə çağırdı. Təbii ki, Azərbaycanın da ən böyük istəyi tezlikə sülhə nail olmaq və bölgədə əməkdaşlığını genişləndirməkdən ibarətdir”.

 

Ceyhun Rasimoğlu

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə