Partiya  Ərdoğanın Şuşa səfəri - dünyaya veriləcək ciddi mesajlar-
Türkiyə Cümhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Türkiyə Prezidentinin nəzərdə tutulan Bakı səfəri diqqətlə izlənilir və bu istiqamətdə kifayət qədər ciddi mülahizələr səslənir. Məlumatlara görə, Şuşada Azərbaycanla Türkiyə arasında iki ölkə arasında bu zamana qədər imzalanmış müqavilələrdən daha geniş miqyaslı müqavilə imzalanacaq. Nədir bu müqavilə və bunun hərbi, siyasi əhəmiyyəti nədən ibarətdir? Bu, dünyaya hansı mesajın verilməsidir?
Türkiyə başqanının Azərbaycan səfəri ətrafında cərəyan edən prosesləri hafta.az-a siyasətçilər şərh edirlər.
Azərbaycanla Türkiyənin birgə layihələri bütün regiona əməkdaşlıq və tərəfdaşıq imkanları yaradır
Milli Məclisin deputatı Asim Mollazadə hafta.az-a bildirib ki, Türkiyə Prezidentinin Azərbaycana -Şuşaya səfəri bu iki qardaş ölkənin ciddi istiqamətlərdə birgə fəaliyyətləri ilə bağlı dünyaya verilən növbəti mesajdır. Türkiyə Prezidentinin Şuşaya səfərinin əsas mesajı isə “Qarabağ Azərbaycandır!”.
“Bu, dünya üçün mühüm bir mesajdır. Dünya gücləri bilməlidir ki, Azərbaycan tək deyil. Kimlərsə Azərbaycana qarşı revanşist və sahibkarlıq iddiaları ilə çıxış etməyi düşünürsə, bilməlidirlər ki, bizim birliyimiz sarsılmazdır və Qarabağı qoruyacağıq, cənnətə çevirəcəyik. Qarabağda çox mühüm layihələr həyata keçirəcəyik. Söhbət nəqliyyat layihələrindən, mühüm bir dəhlizin açılışından gedir. Azərbaycanla Türkiyənin birgə layihələri tək Qarabağda deyil, bütün regiona əməkdaşlıq və tərəfdaşıq imkanları yaradır. Dünya bu birliyə müsbət təcrübə kimi yanaşaraq, tərəfdaşlıq və əməkdaşlıq sisteminin inkişafına qoşulmalıdır”.
A.Mollazadə Azərbaycan-Türkiyə birliyinin bütün sahələri əhatə edəcəyini istisna etmir. Onun fikrincə, təhlükəsizlik sahəsi təbii olaraq əməkdaşlığın bütün sistemlərinin təməlini təşkil edir.
“Biz bu birliyin əhəmiyyətini bütün dünyaya açıqlayırıq. Bu birliyin hələ çox böyük işləri irəlidədir. Heç bir dövlət bunun qarşısını almaq imkanına malik deyil”.
A.Mollazadə “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı müzakirələri ən mühüm layihələr sırasında qeyd edərək, bu məsələdə Türkiyə ilə Azərbaycanın maraqlarının sıx şəkildə birləşdiyini bidirir:
“Təbii ki, bu dəhlizin açılması Rusiyanı da maraqlandırır, çünki Avropaya yeni bir yol açılır. Eyni zamanda Ermənistan qapanmış vəziyyətdən normal bir dövlətə çevrilmək şans qazanır. Gələcəkdə tərəfdaşlıq, əməkdaşlıq üçün strateji proqramlar üçün şəraitin yaradılması tək iştirakçı ölkələr üçün deyil, qonşu dövlətlər üçün də böyük önəm daşıyır”.....
Hafta.az
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə