Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Ərdoğan 27 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə də gedəcək. Böyük maraqla gözlənilən Şuşa səfərinin proqramına əsasən orada iki qardaş ölkə - Azərbaycan və Türkiyə liderləri arasında görüş keçiriləcək.
Bəs Şuşa səfərinin nəticələri nədən ibarət olacaq? Şuşadan dünyaya hansı mesajlar ötürüləcək? “Şuşa görüşü iki qardaş dövlətin birliyinin rəmzidir” Bu barədə Bakupost.az -a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Şuşa görüşü iki qardaş dövlətin birliyinin rəmzidir: “Görüşün dünyaya verəcəyi ən əsas mesaj “Qarabağ Azərbaycandır” olacaq. Şuşa görüşü tarixi əhəmiyyət daşıyır. Çünki 27 ildən sonra düşmən tapdağı altından azad edilən torpaqlarda ilk dəfə iki qardaş ölkənin liderləri görüşəcək. Əlbəttə, bu xüsusda bütün dünya Şuşa görüşünü izləyəcək”.... Aygün Nəbiyeva Bakupost.az
|