Partiya  Qars müqaviləsinin yüz ilində Şuşa Bəyannaməsi - ekspertlər tarixi sənədi şərh edir-
Azərbaycanla Türkiyə arasında iyunun 15-də Şuşada imzalanan bəyannamə bütün dünyada əks-səda doğurdu. Düşmənlər təlaş keçirir, dostlar sevinir.
İmzalanan sənəd bütün sahələri əhatə edir.
Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşada verdikləri hər bir açıqlama geniş müzakirələr doğurur.
Məsələn, Ərdoğan deyib ki, “sənəddə tarımdan siyasətə qədər hər şey əks olunub”.
Dövlət başçımız İlham Əliyevin işlətdiyi bir cümlə isə yüz il üzərindən keçən Qars müqaviləsini aktuallaşdırıb. Cənab Prezident deyib ki, bu, yəni Şuşa Bəyannaməsi Qars müqaviləsinə istinad edilən müqavilədir.
Azərbaycan Prezidentinin işlətdiyi bu cümlə də diqqətləri çəkib: “Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi”.
Sənədin bir cümləlik tərifi budur: Türkiyə və Azərbaycan üçüncü ölkədən təhlükə olarsa, bir-birini qoruyacaq.
Əslində bu düsturu İlham Əliyev ötən ilin oktyabrında, yəni Vətən müharibəsinin getdiyi günlərdə xalqa müraciətində açıq ifadə etmişdi. Demişdi ki, Türkiyənin F16-ları ona görə Azərbaycandadır ki, üçüncü ölkədən müdaxilə olarsa, o təyyarələr havaya qalxacaq.
Şuşa Bəyannaməsi ilə gündəmə gələn Qars müqaviləsinin tarixi barədə qısa məlumat verək.
Ermənilərin, Naxçıvanı Azərbaycandan qoparmaq niyyətində olanların “burunlarının ovulduğu” müqavilə 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanıb. Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-də qüvvəyə minib. 20 maddə və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanan müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Həmin maddəyə əsasən tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəliblər. Naxçıvan olan bölmədə göstərilir ki, Naxçıvan vilayətinə Azərbaycanın himayəsi altında muxtar status verilir və bu şərtlə ki, Azərbaycan onu üçüncü dövlətə güzəştə getməyəcək.
Asim Mollazadə: “Bu sənədin təməlində məhz sülh istəyi, sabitlik, sosial problemlərin həlli durur”
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bəyannaməni bu cür şərh etdi: “Şuşada imzalanan sənəd Qars müqaviləsinin məntiqi davamıdır. Bu sənəd qarşılıqlı olaraq Azərbaycan-Türkiyə milli təhlükəsizliyini, ərazi bütövlüyünü, müstəqilliyini dəstəkləyən bir sənəddir. Bununla yanaşı, Şuşa Bəyannaməsi bilavasitə BMT-nin nizamnaməsinə uyğun, müasir dövrün, gələcəyin münasibətlərini formalaşdıran bir sənəddir. Söhbət ilk növbədə inkişafdan, tərəfdaşlıqdan, qarşılıqlı maraqlar əsasında əməkdaşlıqdan gedir. Bu sənədin təməlində məhz sülh istəyi, sabitlik, sosial problemlərin həlli durur. Bu bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda dünyada ”Yol xəritəsi"ni müəyyənləşdirən bir sənəddir".....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Nəzər nöqtəsi
  Konfranslar və Dəyirmi Masalar
  SEÇKİ 2010
  Fotoqalereya
  Video və musiqi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə