Partiya  Asim Mollazadə Milli Məclisdə enerji itkisinin azaldılması və ölkədə enerjiyə olan tələbatın alternativ yollarla ödənilməsi istiqamətində təkliflər verib-

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisin bugün keçirilən növbədənkənar iclasında ölkənin enerji sisteminin yeni strategiyaya və zamanın tələbinə uyğun qurulması istiqamətində təkliflərlə çıxış edib.

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsinin  (birinci oxunuş) müzakirəsi zamanı o deyib ki, “Yaşıl Azərbaycan” və alternativ enerjidən istifadə ilə bağlı digər layihələr həyata keçirilərkən ətraf mühitə daha çox diqqət yetirmək lazımdır.

“Bu qanunda enerji sahələrinin istifadəsi ilə bağlı çox mühüm məqamlar öz əksini tapıb. Söhbət müvafiq auditin həyata keçirilməsindən gedir. Düzdür, bu amil daha çox istehlakçılara aiddir. Amma enerji istehsalçılarına da çox ciddi diqqət yetirmək lazımdır. Bu istiqamətdə mütəmadi audutun həyata keçirilməsinə böyük ehtiyac var”, - deyən Asim Mollazadə ölkədə ciddi enerji itkisinin baş vermə səbəblərinə də toxunub.

O qeyd edib ki, enerji sahəsində itkilər ilk növbədə köhnə texnologiya və ölkədə enerjinin nəqli ilə bağlı olan köhnə infrastrukturla bağlıdır. Odur ki, ölkədə bu istiqamətdə çox ciddi islahatları həyata keçirməyə ehtiyac var. Bu prosesin avanqardı isə “Qarabağa böyük qayıdış” layihəsi ola bilər. Bu layihə çərçivəsində müasir ağıllı texnologiyalardan istifadə olunacaq. Alternativ üsullarla əldə olunan enerjinin itkilərini də bu texnologiyalarla azalda bilərik.

Asim Mollazadə öz çıxışında avtomobil nəqliyyatı ilə bağlı problemlərə də toxunub. Qeyd edib ki, ilk növbədə böyük şəhərlərdə ictimai nəqliyyat kimi elektrik motorları ilə işləyən (elektromobil) avtobuslara keçmək lazımdır. Artıq Azərbaycanda elektromobillərin istehsalına başlandığını vurğulayan deputatın fikrincə, böyük şəhərlərdə elektromobil olmayan ictimai nəqliyyatın işləməsinə qadağa qoyulmalıdır. Ölkəyə idxal olunan elektromobillərə isə müvafiq güzəştlər tətbiq edilməlidir. Əgər ətraf mühitin təmizlənməsini istəyiriksə, mütləq bu addımları atmalıyıq.

Asim Mollazadə yeni texnologiyaların həm konvensional, həm də alternativ bərpaolunan mənbələrdən alının enerjiyə tətbiq edilməsinin zəruriliyini qeyd edib.

“Elektrik enerjisinin toplanması üçün müvafiq batareyaların əldə olunmasına çalışmaq lazımdır. Bu, artıq bir çox ölkələrdə həyata keçirilir. Məsələn, Ukraynada az enerji tələb olunan dövrlərdə enerji elektrik stansiyalarındakı batareyalarda toplanır. Enerjiyə tələbat artanda isə məhz həmin batareyalarda toplanmış enerjidən istifadə edilir. Əgər Ukrayna bundan istifadəyə başlayıbsa, Azərbaycan da müasir batareyaların tətbiqinə başlamalıdır ki, müvafiq dövrlərdə enerjini toplamaq və lazım olan məqamda ondan istifadə etmək mümkün olsun”, - deyə Asim Mollazadə fikrini tamamlayıb.

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə