Partiya  "Dəmir yumruq”a uduzan “polad mandat” - Bakı ilə Yerevan arasında sülh sazişi nə vaxt imzalanacaq?-
Bu gün postmüharibə dövrünü nəzərdən keçirərkən müzakirə edilən mövzular sırasında ilk yerlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması dayanır.
Dünyanın bir çox dövlətləri arasında olduğu kimi Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir.
Bəs Azərbaycan və Erəmnistan arasındakı indiki real vəziyyət sülh müqaviləsinin bağlanmasına imkan verirmi?....
.....Milli Məclis deputatı Asim Mollazadə isə bildirib ki, iki ölkə arasında müqavilənin bağlanması üçün Ermənistanda vahid dövlətin olması vacibdir:
“Azərbaycan və Ermənistan arasnda sülh müqaviləsinin aparılması üçün yeni hökümət yoxdur, Xarici İşlər nazirliyi iflic vəziyyətdədir. Burada həmçinin beynəlxalq təşkilatlar da fəal şəkildə işlər görməlidir. ATƏT-in Minsk qrupu və s Qarabağın status ilə bağlı danışmaqdansa, bu məsələ ilə bağlı işləməlidilər. Əslində Ermənistanın ağılı olarsa, üçüncü tərəfə ehtiyac olmadan da bu məsələni həll edə bilərik. Hələlik isə bununla bağlı bir layihə yoxdur və danışıqlıqlar aparılmır. İki ölkə arasında sülh müqaviləsi bağlanarsa, qarşılıqlı əlaqələr əsas tutulacaq. Amma əvvəlcə Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməlidir. Nəzərə alsaq ki, Ermənistan qonşu dövlətdir əvvəl axır belə bir sənədin imzalanması gözlənilir”.
Aysel Məhərrəm
MODERN.AZ
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə