Partiya  Asim Mollazadə: “Hökumət aztəminatlı sosial qruplara müəyyən güzəştlər etməlidir”-
Xəbər verdiyimiz kimi, Azərbaycanda təbii qazın istehlak qiyməti yenidən artıb, güzəştli istifadə tətbiq edilən qaz limiti isə azaldılıb. Tarif Şurasının verdiyi qərara görə, qiymət artımı il ərzində 1200 kubmetrdən sonrakı istehlaka tətbiq ediləcək.
İndiyə kimi əhali qrupuna aid abonentlərə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilmişdi. Bu limit indi 1200 kubmetrə endirilir. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan vətəndaşlar 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.
Tarif Şurasına görə, il ərzində 1200 kubmetr qaz işlədənlər abonentlərin 51 faizini təşkil edir. Şura qaz istehlakında qiymət artımı ilə bağlı qərarını Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında çıxarıb.
Qeyd edək ki, son illər Azərbaycanda elektrik enerjisinin, təbii qazın, içməli suyun, eyni zamanda digər kommunal xidmətlərin qiymətləri sürətlə bahalaşır. Eyni zamanda, bu qiymət artımı yanacaq növlərindən da yan keçmir. Son illərdə benzin və dizelin qiymətində baş verən bahalaşmalar buna misaldır.
Ekspertlərin araşdırmalarına görə, son bahalaşmalar ölkəboyu infilyasını sürətləndirir və koronavirusun pandemiyasından çıxan əhalinin onsuz da çətin olan sosial-iqtisadi problemlərini daha da artırır. Hökumət rəsmiləri isə bəyan edirlər ki, qiymətlərin artması təbii iqtisadi qanunauyğunluqdur. Lakin vətəndaşlar buna kəskin etiraz edirlər.
Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, hökumət bu artımı kompensasiya etməlidir: “Bilirsiniz ki, koronavirus infeksiyası ilə əlaqədar bütün dünyada pandemiya elan olunub. Dünya hökumətləri, o cümlədən Azərbaycan hökuməti vətəndaşların sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığı azaldıb. Düzdür, son dövrlər yoluxma sayında ciddi azalma müşahidə olunur və əksər sahələrin fəaliyyətinə icazə verilib. Lakin ötən dövr ərzində böyük durğunluq yaşanıb”.
“Bu xüsusda təbii qazın qiymət artımı ilə bağlı vətəndaşlara kompensasiya və güzəştlər tətbiq edilməlidir. Hesab edirəm ki, müvafiq qurumlar bununla bağlı təcili araşdırmalar aparmalıdır. Araşdırmaların məqsədi xüsusi ehtiyacı olan vətəndaş qrupları ilə bağlı olmalıdır. Hansı əhali kateqoriyası bu bahalaşmadan xüsusi əziyyət çəkəcəksə, heç olmasa həmin sosial qrupa müəyyən güzəştlər nəzərdə tutulmalıdır”, - deyə həmsöhbətimiz bildirib.
Mollazadənin sözlərinə görə, hər bir bahalaşma vətəndaşların sosial həyatına təsir göstərir: “Lakin burada ciddi bahalaşmadan söhbət getmir. Cüzi qiymət artımı baş verib. Bu səbbədən təbii qazın son qiymət artımının inflyasiya yaradacağı və qiymət artımına gətirib çıxaracağı qənaətində deyiləm. Qış aylarında evlərin qızdırılması ilə bağlı xərclər qismən arta bilər. Digər yandan, işbazların bundan sui-istifadə hallarına qarşı ciddi mübarizə aparılmalıdır”.
“İmkan vermək olmaz ki, əhalinin sosial-iqtisadi problemlərinin mövcud olduğu hazırki şəraitdə kimlərsə bundan istifadə etsinlər. Çünki əhali ağır pandemiya sınağından çıxıb və qiymət artımları onların büdcəsinə əhəmiyyətli təsir göstərir. Bu baxımdan müvafiq qurumlar məsələni nəzarətə götürməlidir”, - deyə deputat vurğulayıb....
Müəllif: Azər Niftiyev
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə