Partiya  Bakının “diversant qarşılığında mina xəritələri’’ taktikası-
Ermənistanın mina xəritələrini verməyə məcbur edilməsi ölkənin əsas gündəm mövzusu olaraq qalır. “Yeni Müsavat” yazır ki, Azərbaycanın əlində hərbi əsirlər, əslində isə erməni terroristləri olmasaydı, Ermənistanı bu addıma vadar etmək mümkünsüz görünürdü.
Bu baxımdan dövlətin və diplomatiyamızın ‘’əsirlərə qarşılıq mina xəritələri’’ taktikası təqdirəlayiqdir. İndiyə qədər üç rayon üzrə təxminən 200 min minanın xəritəsi əldə edilib. Bu prosesdə gələcəyə hesablanmış incə bir gediş də var. Bunu da Azərbaycan dövləti böyük ehtimalla, yaxın gələcəkdə istifadə edəcək. Bu, aşağıdakı məqamdır: əslində bu xəritələr Ermənistanın suveren ərazilərimizdə cinayətlər törətdiyinin birbaşa sübutudur! Rəsmi Bakı bu xəritələrdən istədiyi an İrəvana qarşı beynəlxalq məhkəmələrdə ittiham aktı kimi istifadə edə bilər! Onun BMT tərəfindən tanınmış ərazilərini minalamaq və bu minaların xəritələrini vermək Ermənistanı felən və rəsmən suçunu etiraf etmiş duruma gətirib. Düşmən dövlət məhz bu perspektivdən çəkinərək, ‘’bizdə xəritə yoxdur", deyə israrla inkar edirdi. Lakin Azərbaycan ağıllı taktika ilə bu prosesi istədiyi, sərf edən nöqtəyə gətirə bildi.
Məhz bu məqamda ortaya mühüm bir sual çıxır: verilən xəritələr nə dərəcədə həqiqidir? Keçmiş erməni məmurlarından biri deyib ki, Bakı çox da sevinməsin. Yəni bu, 100 faizlik mina xəritələri deyil. Bəs Rusiyanın zəmanəti? Müdafiə Nazirliyi bildirmişdi ki, Ağdam rayonunun mina xəritələrin həqiqiliyi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Ancaq hələ də rəsmi məlumat yoxdur. Mediada dolaşan məlumatlara görə, xəritədəki məlumatlar 70-80 faiz nisbətində doğrudur. Bunun özü isə ciddi bir nəticədir. Bu arada Füzulidə minalanmış ərazilərdə yanğınlar başlayıb. Yanğınlar bitəndən sonra mina təmizləmə işində əlavə çətinliklər yaranması mümkündürmü?
Erməni Telegram kanalları Paşinyanın bu hərəkətini ciddi tənqidlərə məruz qoyublar. Əlbəttə, erməni terrorçuların geri qayıtması alqışlansa da, xəritələrin verilməsini çox böyük səhv adlandırırlar. Hətta bildirirlər ki, Paşinyan 15 erməninin əvəzində Azərbaycanı milyonlarla dollardan çox qabağa salıb. Erməni cəmiyyətində Paşinyanı Azərbaycanın agenti hesab edənlər də az deyil. Bəzi erməni siyasətçi isə bildirir ki, bu xəritə adi bir kağızdır, minaları bir yerə basdırıb, xəritədə digər yeri qeyd etmək bunların xislətidir.
Asim Mollazadə: “Hər şey yoxlanılacaq, Ermənistan digər rayonların mina xəritələrini də verməyə məcbur ediləcək”
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, hər şey yoxlanılacaq, araşdırma aparılacaq. Onun sözlərinə görə, Ermənistan digər rayonların mina xəritələrini də verməyə məcbur ediləcək: “Ermənistan minlərlə hərbi cinayət törədib, beynəlxalq hüququ pozub, heç birinə cavab verməyib. Çünki dünyada haqq-ədalətə riayət olunmur. Ona görə Azərbaycan məcbur oldu ki, özü BMT qətnamələrini icra etsin. Mina xəritələrini verməyə də onları məcbur edirik. Ermənistan bizim ərazi bütövlüyünü tanımağa da məcbur ediləcək, əks halda, İrəvan tərəfdən heç bir addım atılmayacaq”....
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə