Partiya  Minsk qrupunun edə bilmədiyi işi Azərbaycan Silahlı Qüvvələri etdi-

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.


Azərbaycan Prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.


Maraqlı və qəribədir ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Və onların bu cür qeyri-diplomatik demarşının səbəbləri haqda düşünmək , təxminlər yürütmək lazım gəlir.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə Bakıvaxtı.az saytına açıqlamasında bildirib ki, ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməməyi otuz ilə yaxın Minsk qrupunun bu məsələdə aciz olduğunun nümayişidir: “Minsk qrupunun edə bilmədiyi işi Azərbaycan Silahlı Qüvvələri etdi. Azərbaycan hökuməti BMT-nin qətnamələrinin icrasını təmin etdi və işğal altında olan torpaqları azad etdi. Bu gün hər üç ölkənin səfirləri eyni tərzdə hərəkət edirlər və mən belə düşünürəm ki, bu dövlətlər ən böyük erməni icmasına malikdirlər. Çox güman ki, onlar erməni icması və lobbiçilərinin təzyiqlərindən qorxaraq bu addımı atıblar. Otuz ilə yaxın siyasət bu formada da davam edilirdi”.


Asim Mollazadə qeyd edib ki, bu gün Azərbaycan dövlətinin qarşısında Qarabağın bərpası, yüz minlərlə Azərbaycan vətəndaşının öz yurdlarına qayıtmağı durur: “Bu prossesdə Azərbaycan böyük işlər görməlidir və hər üç ölkənin nümayəndələri bu prossesə qatılmağa can atırlar. Bir məsələni xüsusi qeyd etmək istərdim ki, diplomatların səfərdə iştirak etməməyi, eyni zamanda onların məlumata malik olmamaları deməkdir. Digər diplomatlar, bir sıra ölkələrin nümayəndələri Qarabağdakı vəziyyətlə, vandalların törətdiyi cinayətlərlə tanış olurlar və Azərbaycanın gələcək planlarından xəbərdar olurlar. Bu üç həmsədr ölkələr daha az məlumata malik olacaqlar və öz işlərini tam şəkildə həyata keçirə bilməyəcəklər”.


Nuranə Daxilqızı

Bakivaxt.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə