Partiya  Sarkisyan öz xoşuna deyil, ağasının diqtəsi ilə kadr dəyişikliyi edir- DEPUTAT-
“Serj Sərkisyan son kadr dəyişikliklərini öz xoşuna  etmir. Ağaları onu buna  vadar edirlər”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə son günlərdə Serj Sarkisyanın öz komandasında etdiyi kadr dəyişikliklərinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, baş verən prosesləri  növbəti ildə S. Sarkisyanın Ermənistanda baş nazir postuna hazırlığı kimi də dəyərləndirmək olar. “O da  bu prosesə astaca hazırlaşır”- deyə, millət vəkili vurğualyıb.
Digər əsas məqamı diqqətə çatdıran millət vəkili bildirib ki, Ermənistan müstəqil ölkə olmadığından burada gedən siyasi prosesləri də  gedən siyasi qanunauyğunluq formasında şərh edəsən.”Ermənistan müstəqil ölkə olmadığından buradakı siyasi proseslər də kənardan idarə olunur və Serj Sərkisyana da   baş verən proseslərə uyğun olaraq məsləhətlər, göstərişlər, tövsiyyələr verilir. O da bu təvsiyyə və tapşırıqları icra edir.Kadr dəyişiklikləri də həmçinin, ona  tövsiyyə edilən kadrı işdən çıxarıb yerinə məsləhət bilinən kadrı təyin edir. Odur ki, Ermənistanda baş verən proseslər və kadr dəyişiklikləri onun istəyi ilə baş vermir”- deyə, A.Mollazadə bildirib.....
Mürtəza
Gununsesi.info
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə