Partiya  “Bu səfirlər erməni lobbisindən çəkindikləri üçün Şuşaya səfər etmədilər”-
Milli Məclisin deputatı Asim Mollazadə açıqlamasında bildirib ki, səfirlərin Şuşaya səfərdən imtinası 30 ildir regionda heç bir irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiyə qədər apardığı siyasətin gözəl illüstrasiyasıdır:
“ATƏT Minsk Qrupu dövlətlərinin və digər beynəlxalq təşkilatların regionda görməli olduğu işləri Azərbaycan silahlı qüvvələri həyata keçirdi. Eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək torpaqları azad etdi və 100 minlərlə Azərbaycan vətəndaşının öz evlərinə qayıtmasına şərait yaratdı. Minsk Qrupu özünün acizliyini indiyə qədər nümayiş etdirib və bu, indi də davam edir. Əslində diplomatlar gedib Azərbaycanın mədəniyyət paytaxtını, eləcə də Qarabağın azad olunmuş bölgələrində vandalizmin işarələrini görmək və həqiqətləri öz ölkələrinə, ictimaiyyətə ötürməkdən kənarda dayanıblar. Bu, həmin dövlətlərin indiyə kimi apardığı işlərin tam məntiqi davamıdır”.
A.Mollazadə eyni zamanda adıçəkilən üç ölkənin erməni diaspora və lobbisinin təsiri altında hərəkət etdiyini qeyd edib. Onun sözlərinə görə, bu üç ölkədə dünyanın ən böyük erməni icması və lobbi təşkilatları fəaliyyət göstərir:
“Çox güman ki, ABŞ, Rusiya, Fransa dövlətinin elçiləri ermənilərin təzyiqindən çəkinərək bu səfərdən imtina ediblər”.
Deputat bildirib ki, artıq münaqişə olmadığına görə, Minsk Qrupuna və onun fəaliyyətinə ehtiyac yoxdur:
“Münaqişə olmadığına görə də bu diplomatlar Şuşaya, Qarabağa səfər etməyi zəruri hesab etməyiblər. Məsələ ondan ibarətdir ki, hər bir ölkənin diplomatı elçi olduğu ölkə ilə bağlı öz dövlətini məlumatlandırmalıdır. Deməli, erməni vandallığı, cinayətləri ilə bağlı bu ölkələrin məlumatları daha az olacaq. Digər ölklərin nümayəndəri isə Azərbaycnın Qarabağa qayıdış planı ilə bağlı öz ölkələrini məlumatlandıracaqlar və onların Qarabağdakı fəaliyyəti daha aktiv olacaq. Səfirlərin bu imtinasına qarşı hansısa addımların atılmasına da ehtiyac görmürəm. Onsuz da özləri özlərini kənarlaşdırırlar”.
A.Mollazadə hər üç dövlətin Azərbaycandakı səfirlərinin qismində regiona səfər etməməsini Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın işğaldan azad olunmasına etiraz kimi dəyərləndirilməsini istisna edib. Onun sözlərinə görə, hər üç dövləti BMT TŞ da Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Sadəcə olaraq erməni lobbisinin təsiri ilə öz fəaliyyətlərini məhdudlaşdırıblar.....
T.Qafarlı
Versus.Az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə