Partiya  Demokratik İslahatlar Partiyası və Asim Mollazadə Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir-

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

 “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

 “Əkinçi”nin ömrü uzun sürmədi. Lakin o, Azərbaycan milli mətbuatının sonrakı inkişafı üçün ilk cığırı açdı.

1990-cı illərdə Həsən bəy Zərdabinin açdığı o cığırı Nəcəf Nəcəfov və onun silahdaşları daha da genişləndirərək magistrala çevirdilər. Bu gün o magistralla ölkənin minlərlə jurnalisti, media nümayəndəsi irəliləyir.

 2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında jurnalistlərimizin böyük rolu olub.

 Bu əziz gündə Azərbaycanın bütün jurnalistlərini, mətbuat işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı, yaradıcılıq fəaliyyətlərində böyük uğurlar arzulayırıq!

 

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə