Partiya  Makron Xankəndinə gələcəkmi? - Paris “özünü partlatmaq” istəmir...-
Fransa prezidentinin Azərbaycan ərazisinə gəlməsi üçün rəsmi Bakının icazəsini almaqdan yayınmaq, yan keçmək Bakıya qarşı ciddi demarş ola bilər...
Fransa prezidenti Emmanuel Makronun Ermənistana gözlənilən səfərində guya Xankəndinə də gedə biləcəyi haqda iddialar Azərbaycan cəmiyyətində ciddi etirazlar doğurub. Amma nə rəsmi Paris, nə rəsmi İrəvan belə bir iddia ilə çıxış edib. Sadəcə, “ermənipərəst Makrondan hər şey gözlənilər” deyənlər var.
“Yeni Müsavat” xəbər verir ki, Türkiyə prezidentinin Şuşa səfərindən sonra Makronun da Xandəndinə gələcəyi iddiaları səslənməkdədir. Bunu Qərbin “kompensasiya”sı kimi şərh edirlər. Bəs Minsk Qrupunun yenidən fəaliyyətə başlaması üçün ciddi iş aparan Fransa prezidenti belə bir riski gözə ala bilərmi?
Əslində Makronun Xankəndinə gəlməsi üçün ən əvvəl rəsmi Bakının icazəsini almaq lazımdır. Bundan yayınmaq, yan keçmək Bakıya qarşı ciddi demarş ola bilər. Yəni Parisi öz əli ilə “partlatmaq” olar. İkincisi, əgər Makron belə bir addım atarsa, Rusiya sülhməramlılarının məsuliyyət zonası olan Laçın koridorundan keçməlidir.
Bu zaman Rusiya sülhməramlıların onsuz da xeyli narazılıq doğuran fəaliyyətini daha ciddi riskə soxar, Moskvanın Azərbaycanla münasibətlərinə ciddi zərbə olar. Nəzərə almaq lazımdır ki, Fransa və Rusiyanın Minsk Qrupunun yenidən fəaliyyətə başlaması məsələsində mövqe yaxınlığı olsa da, Kreml Makronun Ermənistana fəal şəkildə burnunu soxmasından narazıdır.
Digər tərəfdən, Makron Xankəndinə gəlməklə “artsax”ı dolayısı ilə tanıdığını demiş olacaq. Halbuki müharibədən sonra Paşinyan belə bu Azərbaycan şəhərinə səfər etməyib. Baxmayaraq ki, Xankəndi və ətraf bölgələrdə erməni silahlı qüvvələri qalıb, separatçı rejim və onun başçısı Araik Arutyunyan fəaliyyətini davam etdirir, müxtəlif tikinti işləri gedir, guya qondarma respublikanın mövcud olduğunu deməyə çalışır. Ona görə Makronun Xankəndinə gələ biləcəyi haqda ortaya atılmış iddialar tutarlı görünmür. Ümumiyyətlə, Makron bu avantüraya gedərsə, Bakı Parislə diplomatik münasibətləri ən aşağı səviyyəyə endirəcək. Üstəgəl, bu məlumat Fransa hökuməti və Makronun özü tərəfindən təsdiq olunmayıb. Ona görə də Makronun Ermənistana səfər edəcəyi barədə məlumat dezinformasiyaya daha çox oxşayır. İstənilən halda bu addımı atarsa, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunda fəaliyyətinin dayandırılması barədə bəyanatla çıxış etməlidir. Bakı artıq Parisin Minsk Qrupunda fəaliyyət göstərməsini istəməyəcək. Yada salaq ki, Paşinyan iyunun 1-də Fransada səfərdə olmuşdu. Makron görüşdə “Azərbaycan qoşunu Ermənistan ərazisindən çıxmalıdır” kimi gülünc bəyanat vermişdi. Həmin ərəfədə sərhədlərin delimitasiyası işlərinə başlanırdı. Bu dəfə də Makronun cığal, qərəzli açıqlamalar verəcəyi istisna olunmur.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Makron belə addım atmamalıdır. Onun sözlərinə görə, səfər Ermənistanadır və bunun Qarabağla heç bir əlaqəsi yoxdur. Deputat hesab edir ki, Makron Fransada seçki ərəfəsində özünü sərt erməni tərəfdaşı kimi göstərir. A.Mollazadənin fikrincə, Makronun Xankəndinə gəlməsini Ərdoğanın Şuşa səfəri ilə qarşılaşdırmaq olmaz, çünki Türkiyə Prezidenti il ərzində bir neçə dəfə Azərbaycana gəlir....
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə