Partiya  Prezident İlham Əliyev dünənki çıxışında beynəlxalq hüquq normalarına uyğun olan ölkəmizin mövqeyini açıqladı-

Prezident İlham Əliyev iyulun 22-də bir sıra qərb rayonlarına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verdi. Dövlət başçısı 1 saata yaxın davam edən müsahibə zamanı olduqca vacib məqamlara toxundu, Ermənistana və onun havadarlarına lazımı mesajlarını çatdırdı.

 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Modern.az-a bildirib ki, Prezident İlham Əliyev dünənki çıxışında beynəlxalq hüquq normalarına uyğun olan ölkəmizin mövqeyini açıqladı.

 

"Münaqişə bitib, Azərbaycan ərazisində hansısa milli azlığa status verib, konstitusiyasını dəyişmək niyyətində deyil. Ermənistan tezliklə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə imza atmalı və ərazi iddialarına son qoymalıdır. Azərbaycanın bu mövqeyi bütün beynəlxalq ictimaiyyət, təşkilatlar, qonşu ölkələr tərəfindən dəstəklənir. Çünki Azərbaycanın həyata keçirdiyi layihələr hamının maraqlarına uyğundur. Bu vəziyyətdə ermənilərin yenidən Azərbaycanla müharibəyə başlamaq istəyi Ermənistanın xəritədən silinməsi deməkdir", - deyə deputat vurğulayıb.....


Aysel Məhərrəm


MODERN.AZ

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə