Partiya  Bölgəmiz üçün böyük təhdid - Odun üzərinə benzin tökürlər-
ABŞ-Rusiya, İsrail-İran qarşıdurması: Azərbaycanı nə gözləyir?
İsrailin Baş naziri Naftali Bennet iyulun 29-da İsrail gəmisinə hücumla bağlı açıqlamalar verib. Hökumət başçısı hucumun İran tərəfindən həyata keçirildiyini bir daha bəyan edərək, bu ölkəyə qarşı cavab addımlarında təkbaşına hərəkət edə biləcəklərini də vurğulayıb.
“Bu məsələdə bütün dünyanı bir araya gətirmək üçün çalışırıq, amma təkbaşına da hərəkət edə bilərik”, - deyə o bildirib.
Bu isə öz növbəsində regionda yeni münaqişə ocağının yaranacağı ilə bağlı müzakirələri gündəmə gətirib. Gərginləşən İran-İsrail münasibətləri fonunda ABŞ və Qərbin Rusiyaya qarşı maliyyə sanksiyaları, rəsmi Kremlə qarşı hədələyici bəyanatları da səngimək bilmir. Bəs, görəsən baş verənlər yerləşdiyimiz regiona hansı təhlükələr vəd edir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, regionda kifayət qədər ciddi siyasi proseslər baş verir: “Qabaqlar da regionada vəziyyət həssas idi, lakin son dövrlər daha ciddi mərhələyə qədəm qoyub. Xüsusən Co Baydenin iqtidara gəlməsi, demokratların Rusiyaya olan münasibəti, Moskvaya yönəlmiş hücumlar, o cümlədən İranla bağlı məsələlər bu qəbildəndir. Hesab edirəm ki, qarşıdakı dövrlərdə münasibətlər daha şiddətli xarakter alacaq. Bu hücumlar artacaq və münasibətlər qırmızı xəttə yaxınlaşacaq. Lakin bunun müharibə ilə nəticələnəcəyini güman etmirəm”.
“Yaxın gələcəkdə regionda yalnız bir müharibə ehtimalı mövcuddur. Bu da Ermənistanın təxribatları fonunda anti-terror əməliyyatları ola bilər. Dəfələrlə qeyd etmişik ki, bizim də səbrimizin bir həddi var. Bu gün dünyada ədalət yoxdur. Beynəlxalq münasibətlərdə haqlı tərəf yoxdur, yalnız güc amili var. Əgər belə olmasaydı, BMT-nin qətanəmələri kağız üzərində qalmazdı. Azərbaycan, nəhayət uzun illər sonra məhz güc yolu ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun şücayəti nəticəsində torpaqlarımızı işğaldan azad edib. Ermənistan təxribatçı əməllərinə davam edərsə, “Dəmir yumruq” yenə onların başına dəyəcək”, - deyə ADİP sədri bildirib.
Deputatın sözlərinə görə, İsraillə İran arasında hədə ritorikası təcrübədə ilk belə hal deyil: “Uzun illərdir biz İranın İsrailə, İsrailin də İrana qarşı oxşar davranışlarını müşahidə edirik. Vaxtaşırı olaraq onlar bir-birini müharibə bəyanatları ilə hədələyir. Bu, yalnız təzyiq cəhdləridir və müharibəyə gətirib çıxaracağı ehtimalları çox aşağıdır. Sadəcə münasibətlər günü-gündən pisləşir və səslənən qarşılıqlı ittihamlar da məhz bundan qaynaqlanır. Bu gün regionda kifayət qədər ciddi problemlər var. İran məsələsi artıq o problemlərdən biridir. Buna qədər isə birincisi idi”.
“Rusiyaya gəldikdə isə, Qərb NATO-nun, Kreml KTMT-nin güclənməsinə çalışır. Qərbdə belə hesab edirlər ki, Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatının güclənməsi dünya üçün böyük təhdiddir. Bu mənada ABŞ ilə Rusiya arasında mübarizə davam edəcək. Regionda maraqlar uğrunda mübarizə şiddətlənəcək. ABŞ Rusiyanı iqtisadi cəhətdən çökdürməyə çalışacaq. Eyni zamanda siyasi təzyiq üsullarını işə salacaq. Rusiyaya yaxınlığı şübhə doğurmayan ölkələrə, əsasən də Belarusa qarşı müqavimət artacaq. Qarşıdakı dövrlərdə daha ciddi hadisələrin şahidi olacağıq”, - deyə Mollazadə vurğulayıb.....
Müəllif: Azər Niftiyev
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə