Partiya  Asim Mollazadə: “Ermənistana milyardlarla silah verirlər”-

Məhərrəmova/AZADİNFORM. Ermənistan öz təcavüzkar siyasətinə son qoymayıb. Beynəlxalq təşkilatlar sülh istiqamətində addım atmaq istəyirsə, Ermənistan belə təxribatlarla sülh prosesini pozmağa çalışır. 

Bu fikri Azadinform-a deputat Asim Mollazadə Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində hərbi  təlimlər keçirməsinə  münasibət bildirərkən deyib. 

Deputat vurğulayıb ki, Ermənistanın əsas məqsədi Dağlıq Qarabağda bugünkü status-kvonu saxlamaq və sülhə nail olmamaqdır: “Ermənistan sülh istəmir. Bu  ölkənin rəhbərliyi siyasi  karyerasını müharibə, insanların qanı üzərində qurub”. 

A.Mollazadə  bildirib ki, Ermənistan belə təxribatlarla beynəlxalq ictimaiyyətə meydan oxuyur. 

Rusiyanın Ermənistan ordusunu İsgəndər kompleksi  ilə silahlandırmasına gəlincə, deputat qeyd edib ki, Ermənistan müstəqil dövlət deyil: “O öz müstəqilliyini çoxdan itirib və hərbi bazaya çevrilib. Bu gün əhali də ölkəni tərk edir və Rusiyanın hərbi bazasını istənilən silahlarla təmin etməsi normal prosesdir. Bu birinci dəfə baş vermir. Ermənistana milyardlarla silah verirlər. Burada əsas məqsəd Emənistanı hərbi  baza kimi saxlamaqdır”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə