Partiya  Sahibə Qafarovanın İrana səfəri kimləri narahat edir...-
Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün qonşu ölkəyə səfər etdi.
Səfər çərçivəsində bir sıra vacib görüşlər keçirildi, ölkələr arasında münasibətlərin inkişafına dair faydalı müzakirələr aparıldı. Həmçinin danışıqlarda Azərbaycan tərəfinin regional məsələlərlə bağlı açıq mövqeyi ifadə olundu.
Belə önəmli səfərdən sonra Azərbaycanla İran arasında əlaqələrə kölgə salmağa çalışan bəzi dairələr ortaya atılaraq xoşagəlməz müzakirələr açdılar. Məsələnin mahiyyətinə varınca, irəli sürülən iddiaların cəfəngiyat olduğu və təxribat məqsədi daşıdığı aydın şəkildə görünür.
Xüsusilə, xanım spikerin İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşü zamanı Azərbaycan bayrağının asılmamasını əlində bayraq edənlər, görünür, İran dövlətinin protokol qaydalarından xəbərsizdir, ya da bilərəkdən ölkələr arasında diplomatik gərginlik yaratmağa çalışırlar.
İnauqurasiya mərasimində lentə alınan videogörüntüləri diqqətlə izlədiklə məlum olur ki, tədbir ərəfəsində keçirilən görüşlər zamanı yalnız İran dövlətinin bayrağı asılır. Təkcə Sahibə Qafarovanın keçirdiyi görüşdə deyil, digərlərində də bunu görmək olar.
Eləcə də qonşu ölkədə səfərdə olarkən xanım qonaqların geyim forması məhz İran tərəfinin protokol qaydalarına uyğun olaraq müəyyən edilir. Bu, artıq illərdir ki, ənənə halını alıb. Hətta xristian ölkələrindən İrana gələn xanım rəsmiləri belə İranın daxili qaydalarına xas formada geyimə üstünlük verirlər.
Bəs o zaman bu cür yersiz müzakirələr kimə lazımdır? Yaxud spikerin İrana önəmli səfəri hansı dairələri narahat edir?
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Asim Mollazadə Modern.az-a bildirib ki, spiker Sahibə Qafarova səfər zamanı protokol qaydalarına uyğun davranıb.
“Milli Məclisin sədri Sahibə Qafarovanın geyimində heç bir problem yoxdur. Çünki o, İranda qəbul olunmuş protokola uyğun geyinib. İrana gələn Avropa ölkələrinin nümayəndələri də bu protokola riayət edir. Mənə elə gəlir ki, bununla bağlı müzakirələr yersizdir və Sahibə Qafarovanın hər zaman olduğu kimi, bu səfəri də yüksək səviyyədə keçib. Düşünürəm ki, səfərlə bağlı qərəzli, səviyyəsiz və tənqidi sözlərin heç bir əsası yoxdur”......
Humay İsgəndərova
MODERN.AZ
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə