Partiya  Bakı Kremlə görə Krım zirvəsinə qatılmır, Kiyev giley edir - Ukrayna anlayışla qarşılamalıdır ki...-
Ukrayna Azərbaycanın Krım Platformasına getməməsindən narazıdır, Bakı mürəkkəb şəraitdə Moskvanı qıcıqlandırmaq istəmir və dost ölkədən anlayış gözləyir; professor: “Biz kulminasiya nöqtəsindəyik və ölçülü-biçili siyasət aparmalıyıq, Ukrayna bizi başa düşməlidir”
Ukrayna Azərbaycanın avqustun 23-də Kiyevdə keçiriləcək Krım Platforması zirvə görüşünə getməməsindən narazılıq edib. “Yeni Müsavat”ın xəbərinə görə, bu haqda Ukrayna rəsmi mənbələri “BBC”-yə deyib. Xarici İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan imtina barədə əvvəlcədən rəsmi Kiyevə xəbərdarlıq edib. Ukrayna diplomatları rəsmi Kiyevin bundan məyus olduğunu bildiriblər. Azərbaycan Xarici İşlər Nazirliyindən məsələyə münasibət bildirilməyib.
Ukraynalı diplomatlar Azərbaycanın imtina etməsinin Rusiyanın təzyiqlərinin nəticəsi olduğunu və əsas təsir mexanizminin Dağlıq Qarabağ məsələsi və oradakı sülhməramlı missiyası olduğundan şübhələnirlər.
Qeyd edək ki, Kiyev bu Platformanı Krımın necə qaytarılacağı ilə bağlı yeni strategiya çərçivəsində qurur və müstəqillik günü tədbirdə müzakirələr aparılacaq. Krım Platforması Ukraynanın diplomatik təşəbbüsüdür və beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir. Ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunacaq.
Azərbaycanın Krım məsələsində əlverişsiz vəziyyətdə olduğu kimsəyə sirr deyil. Ukraynanın gərək ki bu məsələdə anlayışlı olsun. Çünki rəsmi Bakı hər zaman dost ölkənin ərazi bütövlüyünü dəstəklədiyin bildirib. İndisə yeni geopolitik reallıq yaranıb və həmin Platformada iştirakımız Ukraynanın işini yüngülləşdirməyəcək, əvəzində bizi çətin vəziyyətlə qarşılaşdıracaq. Ona görə ən azı Ukrayna özü anlayışla qarşılamalıdır ki, Azərbaycan niyə tədbirdə iştirakdan imtina edib.
Ən əsası, Ukraynanı Rusiya ilə üz-göz edən ABŞ və Avropa Birliyidir. Onlar, xüsusilə də ABŞ Ukraynanı Rusiya qarşısında tək-tənha qoyub, lazımi səviyyədə müdafiə etmir. Əgər Qərb Kiyevi atıbsa, biz nə edə bilərik? Elə Azərbaycanın da ərazi bütövlüyünün bərpasında Qərbin və ABŞ-ın heç bir dəstəyi olmadı. BMT-nin 4 qətnaməsi icra edilmədi, nəticəsə özümüz 44 günlük müharibə ilə torpaqları işğaldan azad etdik. Əksinə, bu gün Ukraynanı Rusiya ilə toqquşduran ABŞ və AB Ermənistana dəstəyini davam etdirir. O baxımdan Azərbaycan Rusiya ilə dil tapmağa çalışır və üçtərəfli komissiyanın işini bərpa etdiyi zamanda Krımın ilhaqı ilə bağlı tədbirdə iştirak Moskvanı qıcıqlandıra bilər. Bu halda Kiyev-Bakı əlaqələri zirvə görüşündə iştirak etməməyimizə görə soyuqlaşa bilərmi, yoxsa Zelenski hökuməti Azərbaycanın indiki həssas dönəmini anlayışla qarşılayacaq?.....
.......Deputat Asim Mollazadə də razılaşır ki, Azərbaycan Ukraynanın beynəlxalq təşkilatlarda dəstəkləyib və onun ərazi bütövlüyünü tanıyır.
“Müqayisə üçün Ermənistan Kuba, Venesuela, İranla birgə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin əleyhinə səs verib, Azərbaycan isə yox. Azərbaycanın bu platformada iştirak etməməsinin əsas səbəbi bölgədə qarşıdurmaları artırmamaq məqsədi daşıyır”. O hesab edir ki, Ukrayna Azərbaycanın iştirak etməməsini anlayışla qarşılayıb və bu addım Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirməyəcək.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə