Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil bir sıra ölkədə 3-cü peyvənd dozası (buster dozası) vurmaq təklif olunub.
Bəs, Azərbaycanda deputatlar 3-cü doza vaksin vurduracaq? Anews.az bu sualla millət vəkilləri arasında telefon sorğusu keçirdi. Əlaqə yarada bildiyimiz deputatların cavablarını təqdim edirik..... .....Bakının, Nəsimi rayonunun deputatı, ixtisasca həkim olan Asim Mollazadə: 2 doza CoronaVac vaksini vurdurandan sonra 3-cü doza Pfizer vaksini vurdurdum. Hər kəsə də Beynəlxalq Səhiyyə Təşkilatının tövsiyyələrini yerinə yetirməyi məsləhət görürəm....
|