Partiya  “Qarabağ erməniləri özləri Paşinyan hakimiyyəti ilə mübarizəyə başlamağa məcbur olacaqlar”-
Hazırda Qarabağla bağlı Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri də Xankəndi, Xocalı və Ağdərənin geri qaytarılmasıdır. Müxalifət , sosial media fəalları tez-tez deyirlər ki, hakimiyyət bu şəhərlərin adlarını çəkmir, deməli, onları geri qaytarmaq planı yoxdur.
Amma gedən proseslər və yayılan bəzi informasiyalar göstərir ki, Prezident İlham Əliyev üçün Qarabağın işğaldakı digər ərazilərini qaytarmaq prioritetdir. Dövlət bu hədəfdən vaz keçməyib, imtina etməyib. İlham Əliyevin rəqibləri iddia edir ki, o, Zəngəzur, Göyçə, İrəvan deməklə milləti Xankəndi, Xocalı hədəflərindən yayındırır. Fəqət isti müharibə kimi, soyuq müharibənin də özünün şərtləri var. Hazırda İlham Əliyev o şərtlərə tam olaraq əməl edir. Qarabağda yaşayan erməni əhali Azərbaycan Ordusunun onları üzük qaşı kimi dövrəyə aldığını deyir və bundan ciddi narahatdır. Azadlıq-Radiosunun erməni redaksiyasının bununla bağlı onlarla reportajı var.
İkinci əsas məqam hazırda Azərbaycan dövlətinin Qarabağda, Şuşada apardığı quruculuq-bərpa işləridir. Bunu bütün dünya izləyir, ermənilər də həmçinin. Ermənilərin viran qoyduğu şəhərlər, kəndlər, rayonlar sürətlə bərpa edilir, infrastruktur yaradılır, yollar çəkilir, binalar, aeroportlar tikilir. Ermənilərin yaşadıqları, nəzarət etdikləri ərazilərdə isə rəzalət dizboyu... Hesab edilir ki, gec-tez Qarabağın Azərbaycan vətəndaşı olan, hətta olmayan erməni əhalisi bu fərqi görüb, seçimlərini edəcəklər. Paşinyan hökumətinin onları hansı ağır şərtlərdə yaşatdıqlarını nəhayət anlayacaqlar.
Paralel olaraq, İlham Əliyev revanşistləri, Azərbaycana torpaq iddiasından əl çəkməyən erməniləri “Dəmir yumruq”la yola gətirəcəyini deyir. Dəfələrlə bildirib ki, Azərbaycanın haqlı, qanuni tələblərini icra etməsələr, başlarının üstündə dəmir yumruq görəcəklər.
Asim Mollazadə: “Sülhməramlı qüvvələrin rəhbərliyi qarşısında sərt mövqe qoyulmalıdır ki, ermənilərin bu oyunlarına son qoyulsun”
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Asim Mollazadə bildirdi ki, Azərbaycan Qarabağın inkişafını qarşıya məqsəd qoyub və həqiqətən oraları cənnətə döndərəcək: “Qarabağda yaşayan ermənilər də özləri Paşinyan hakimiyyəti ilə mübarizəyə başlamağa məcbur olacaqlar. Azərbaycan Qarabağda böyük quruculuq işləri görür. Tək Ermənistana deyil, bütün dünyaya böyük bir nümunə göstərir. Azərbaycanın mədəni paytaxtı olan Şuşa beynəlxalq mədəniyyət paytaxtına çevriləcək. Bunları həyata keçirməyə davam etmək lazımdır. Azərbaycan vətəndaşlarında narahatlıq olmamalıdır. Çünki bunun üçün heç bir əsas yoxdur. Ermənilərin boş-boş bəyanatları, müxtəlif oyunları mənasızdır. Çünki hər gün bir-birini təkzib edən fikirlər Paşinyan hökuməti tərəfindən ifadə olunur. Əslində bu, Ermənistan cəmiyyətindəki çaşqınlığın təzahürüdür. Mən əminəm ki, Azərbaycan dövləti və xalqı bir olsa öz məqsədinə çatacaq. Heç kəs buna mane ola bilməyəcək”.
Asim Mollazadə bildirdi ki, onlar bugünkü “müstəqillik günü” məsələsini Azərbaycanı qıcıqlandırmaq üçün edirlər: “Sülhməramlı qüvvələrin rəhbərliyi qarşısında sərt mövqe qoyulmalıdır ki, ermənilərin bu oyunlarına son qoyulsun. Çünki bu qıcıq verən bir hadisədir. Artıq Ermənistan rəhbərliyinin bu bölgəyə gəlməsi qadağan edilib. Hesab edirəm ki, təxribatların da qarşısı alınacaq”......
Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə