Partiya  TƏBİB koronaviruslu xəstələrə pulsuz verilməli olan dərmanları “yeyir”?-
Deputat: “Dövlət xəstələrə dərman paketləri ayırırsa, onu çatdırmaq lazımdır”
Azərbaycanda koronavirusa yoluxma sayı sürətlə artır. Bundan öncəki ştamlara yoluxanlar arasında əsasən yaşlı və yanaşı xəstəlikləri olan şəxslər xəstəliyi ağır keçirirdisə, artıq gənclər, hətta uşaqlar da bu xəstəliyin qurbanına çevrilir. Virusdan sağalmaq üçün xəstələr minlərlə manat vəsait xərcləməli olurlar. Pandemiyanın ağır şərtləri, sosial-iqtisadi problemlər üzündən böyük məbləğdə borca düşənlər də var.
Evdə müalicə olunan koronaviruslu xəstələr üçün pulsuz dərman paketləri nəzərdə tutulsa da, xəstələrin bildirdiklərinə görə, bunu onlara vermirlər. TƏBİB-in “qaynar xətt”inə düşmək mümkün deyil, poliklinikalardan isə bu paketlərin yalnız şəhid və qazi ailələrinə verildiyi bildirilir......
.....Azərbaycan Milli Məclisinin üzvü, tibb elmləri doktoru, professor Asim Mollazadə AYNA-ya şərhində təsdiqləyib ki, vəziyyət kifayət qədər ciddidir: “Yoluxma sayı çoxdur. Hər birimizin ətrafında virusa yoluxmuş doğmalarımız var. Bilirsiniz ki, virusla mübarizədə yeganə yol vaksinasiyadır və bu baxımdan əhalinin peyvəndlənməsi işi sürətlənməlidir. Bu gedişlə yoluxma sayı daha da arta bilər. Eyni zamanda əhalinin evlərdə qeyri-müəyyən vəziyyətdə saxlanılması yolverilməzdir”.
Deputat Səhiyyə Nazirliyi və TƏBİB-in səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb: “Başa düşürük, xəstə çoxdur, çatdırmırlar. Lakin əhali ümidsiz durumdadır. Ölkə səhiyyəsinin idarə edilməsinə cavabdeh qurumların üzərinə böyük məsuliyyət düşür. Koronavirus xəstələri vaxtaşırı nəzarətdə saxlanılmalıdır. Məlumatlar var ki, testlər çox gec götürülür. Bu cür hallara yol verməz olmaz”.
Mollazadə TƏBİB-i xəstələrə pulsuz olaraq çatdırılacaq dərmanlar məsələsində məsuliyyətli olmağa çağırıb: “Koronavirus infeksiyası çətin xəstəlikdir və müalicəsi bəzən xeyli vəsait tələb edir. Əgər dövlət koronaviruslu xəstələrə dərman paketləri ayırırsa, onu çatdırmaq lazımdır”.
Müəllif: Azər Niftiyev
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə