Partiya  “İran Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyini bir daha təsdiqlədi”-

İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv videogörüntülər yayılıb.


Bizimyo.info “Caliber.az” saytına istinadən xəbər verir ki, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədlər üçün 58 yük maşını, xüsusən yanacaq və sürtkü yağları ilə Xankəndiyə səfər edib, onlardan 55-i daha sonra geri qayıdıb.


“Həmçinin aldığımız məlumata görə, bunun üçün müxtəlif hiylələrə əl atılır. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndiyə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün İran yük maşınlarına Ermənistan qeydiyyat nömrələri qoyurlar. Onlara elə gəlirdi ki, bu hiylə ilə kimisə aldada bilərlər. İranlılar bu nömrələrin təkrarlanmasında, maşında dolaşmasında ​ səhv buraxdılar və əlimizdə konkret fotoşəkil dəlilləri var”, - deyə məqalədə bildirilir.


Məsələ ilə bağlı Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, hər zaman İslam dəyərlərinə sadiq qaldığını iddia edən İran İslam Respublikası minlərlə müsəlmanın qanını tökən, yüz minlərlə müsəlmanı yurdundan didərgin salan Ermənistana dəstək verməklə İslam dünyasına xəyanət edir:

“Azərbaycan heç vaxt bir dövlətin başqa dövlətlə münasibətlərinə müdaxilə etməyib. İranın Ermənistanla əlaqələri çox yaxşıdır və biz bu mövzuda heç vaxt İran qarşısında hər hansı tələb qaldırmamışıq. Lakin hətta müharibədən sonra Azərbaycan torpaqlarına qanunsuz şəkildə İrandan yük daşınması artıq İran tərəfinin separatizmi və terrorizmi dəstəklədiyini, Azərbaycana qarşı qərəzli siyasət yeritdiyi mənasına gəlir”,- deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələni digər müsəlman dövlətlərinin də diqqətinə çatdırmalıdır.

“İrana digər müsəlman ölkələri tərəfindən də sərt reaksiya ifadə olunmalıdır. Görünən odur ki, İran tərəfi Azərbaycanın notasına əhəmiyyət vermədi. İran iyul və avqust aylarında baş verən təxribatların qarşısını almamaqla, ​ Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyini bir daha təsdiqlədi. Və bu təxribatların təkrarlanması İranın Azərbaycanla mehriban qonşuluq ​ münasibətləri saxlamaq istəyini ifadə edən bəyanatlarla ziddiyyət təşkil edir. Fikrimcə, Azərbaycan Qafan-Gorus yolunu tamamilə nəzarətə almalı və Laçın dəhlizindən keçən bütün şübhəli nəqliyyat vasitələri saxlanılmalı, sərt yoxlama həyata keçirilməlidir. İran iyul və avqust aylarında baş verən təxribatların qarşısını almamaqla, ​ Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyinə davam edir”....

Rüfət Əhmədzadə, Bizimyol.info

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə