Partiya  “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”-
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb.
"Report"un məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı tviter səhifəsində paylaşım edib. Görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.
Qeyd edək ki, H.Hacıyev sentyabrın 13-də də İran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.
Asim Mollazadə Asim Mollazadə
Bu mövzuda Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, İran İslam Respublikası minlərlə müsəlmanın qanını tökən, yüz minlərlə müsəlmanı yurdundan didərgin salan Ermənistana dəstək verməklə böyük bir rəzalətə imza atıb: “Hətta Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra da, terrorçulara İran tərəfdən dəstəyin davam etməsinin şahidi oluruq. Bunun qarşısı mütləq alınmalıdır. Azərbaycan sərt tədbirlərini həyata keçirir. İran isə müsəlmanların qatillərinə dəstək verməsinin səbəbini İslam dünyasına açıqlamalıdır. İran erməni terrorçularına verdiyi dəstəyə görə, bütün İslam dünyasına izahat borcludur”.
O qeyd edib ki, Ermənistan post-müharibə dövründə Azərbaycana qarşı İrandan istifadə etməyə, Tehran və Bakı arasında gərginliyin artırmağa çalışır.
“Azərbaycan isə əksinə, heç bir qalmaqal, ritorika mübadiləsinə getmədən, İran tərəfini dialoqa çağırır. Bir həftə içində artıq ikinci dəfədir ki, İranın səfiri Prezidentin köməkçisi ilə görüşür. Bu istiqamətdə rəsmi Tehran öz mövqeyini ortaya qoymalıdır. “Həm sizinləyik, həm onlarla” anlayışı qəti qəbul edilə bilməz. Azərbaycanın mövqeyi aydındır və biz İran tərəfdən də eyni konkretlik gözləyirik. İran tərəfi Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir. Bir də ki, Azərbaycanın öz silahlı qüvvələrini daim inkişaf etdirməsi, Türkiyə ilə, Pakistanla, yaxud hər hansı digər ölkə ilə qurduğu sıx əlaqələr heç kimi narahat etməməlidir. Azərbaycan bütün tərəfdaşlıq münasibətlərini öz suverenliyini qorumaq və möhkəmləndirmək üçün qurur”, - deyə deputat vurğulayıb......
Rüfət Əhmədzadə, Bizimyol.info
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə