Partiya  “ABŞ-dakı erməni lobbisinə xoş görünmək istəyidir”-
.....Milli Məclisin deputatı Asim Mollazadə deyir ki, bu cür açıqlamalar ABŞ-da fəaliyyət göstərən erməni lobbisinə xoş görünmək istəyi ilə bağlıdır: “Münaqişə bitib, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək Minsk qrupunun yerinə münaqişənin həllini təmin edib. Yaxşı olardı ki, ABŞ Ermənistana revanşist fikirlərini kənara qoyaraq bölgədəki ölkələrlə normal inteqrasiya proseslərində iştirak etmək və ərazi iddalarına son qoymaq üçün kömək etsin. Bu cür davranaraq ABŞ sülh və stabilliyə daha çox dəstək verə bilərdi”.
Deputat eyni zamanda Azərbaycanın bu cür açıqlamalara bəyanatlar səviyyəsində cavab verməsinin düzgün olduğunu hesab edir: “Bu açıqlamalara qarşı biz də öz bəyanatlarımızı səsləndirəcəyik. Xatırlatmaq istəyirəm ki, Azərbaycan ABŞ-a terrorla mübarizədə çox böyük dəstək verən ölkə olub. Ermənistan isə İranla əməkdaşlıq edir və onun bölgədə əsas tərəfdaşıdır. Bu səbəbdən ABŞ proseslərə daha ciddi baxmalı və milli təhlükəsizlik məsələlərinə diqqətli yanaşmalıdır”......
Toplum.tv
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə