Partiya  “Putin NATO”sunda Ermənistanın sədrlik dönəmi başladı - Bakıya qarşı plan nə?-
Sentyabrın 16-dan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, şərti olaraq “Putin NATO”su adlandırılan alyansda sədrlik Ermənistana keçib. “Yeni Müsavat”ın məlumatına görə, Ermənistanın KTMT-də sədrliyə başlaması bir sıra suallara yol açmaqdadır. Bəzi təhlilçilər ehtimal edirlər ki, bu müddətdə İrəvan Bakıya qarşı həmlələrini artıra bilər. Hətta hansısa qərarların və addımların atılması gözdən keçirilər, KTMT-nin iclaslarında tez-tez müzakirə masasına gətirilə bilər. Lakin burada bir məsələ nəzərdən qaçırılır: bu alyansa üzv olan ölkələrin Azərbaycanla münasibəti...
Yada salaq ki, KTMT-də Azərbaycanla çox xoş əlaqələri olan Qazaxıstan, Belarus kimi ölkələr var. Onların Ermənistanın hansısa manipulyasiyalarına, provokasiyalarına uyacağı gözlənilən deyil. Ən əsası isə KTMT-də sədrliyin Ermənistana keçməsinə baxmayaraq, bu qurumun ağası Rusiyadır. Moskvanın diktəsindən kənarda hər hansı proses baş verə bilməz. Kremlin isə bu platformada anti-Azərbaycan siyasət aparacağı az ehtimal olunandır. Çünki Qarabağdakı sülhməramlılardan onsuz da kifayət qədər narazılıq var və belə bir ərəfədə Bakıya qarşı KTMT tribunasından da cəbhə açılması vəziyyəti bir qədər də gərginləşdirmiş olar.
Yeri gəlmişkən, Tacikistanın paytaxtı Düşənbəndə Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Ermənistan xarici işlər, müdafiə nazirləri və Təhlükəsizlik Şuralarının Baş katiblərinin toplantısı keçirilib. Görüşdə əsasən regional təhlükəsizlik məsələləri müzakirə olunub. Xüsusən Əfqanıstanda baş verənlər KTMT-nın iclasının əsas gündəmi olub.
Bununla belə, Ermənistanın rotasiya qaydasında da olsa KTMT-yə sədrlik etməsi Azərbaycanı, eləcə də qardaş Türkiyəni diqqətli olmağa vadar edəcək. Çünki qərarlar kollektiv verilsə də, Ermənistan daima iki qonşusuna qarşı məkrli siyasət aparır. Sirr deyil ki, Ermənistan həm Tovuz hadisələri zamanı, həm 44 günlük müharibə dövründə, həm də ondan sonra KTMT-ni özünün düşmənçilik siyasətinə alət etməyə açıq cəhdlər edib. Ermənistan hər zaman bu qurumu Azərbaycana qarşı yönəltməyə çalışıb, ancaq səyləri fayda verməyib. Sözsüz ki, 2 illik sədrlik müddətinin onlara verdiyi fürsətdən Azərbaycana qarşı maksimum yararlanmağa çalışacaqlar. Əlbəttə ki, “Putin NATO”su adlandırılan hərbi qurumda Rusiya əsas söz sahibidir və o istəməyəcəyi müddətdə, KTMT-ni ölkəmizə qarşı yönəltmək cəhdləri alınmayacaq. Amma hazırda sərhəddə Ermənistanın siyasəti ucbatından gərginlik var. Nikol Paşinyan hökuməti isə hər fürsətdə “əmziyi ağzından düşən uşaq kimi” KTMT-ni köməyə çağırmağa, sərhədə müşahidəçilərini göndərməyə çağırır. Təsadüfi deyil ki, KTMT də son bəyanatlarında Azərbaycan-Ermənistan sərhədində stabillik yaradılmasına çağırış edib.
Yeri gəlmişkən, Paşinyan təklif edir ki, Azərbaycanla bütün sərhədboyu Rusiya sərhədçilərinin dayaq məntəqələri, eləcə də KTMT-nin monitorinq missiyası yerləşdirilsin və dərhal əlavə edir ki, “KTMT tərəfindən belə missiyanın həyata keçirilməsi mümkün deyilsə, bizim üçün başqa beynəlxalq formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində formatlar məqbuldur”. Beləliklə də, “ATƏT-in Minsk Qrupu” formatı ideyasını ortaya ataraq təmsil olunduqları KTMT-ni şantaj etməkdən belə çəkinmirlər. Gözlənilir ki, Ermənistan bu yöndə səylərini davam etdirəcək. Bəs ekspertlər necə düşünür? Moskva hansısa maraqlarını təmin etmək üçün KTMT kartından istifadə etməyi nəzərdən keçirə bilərmi? Ermənistanın KTMT-yə iki illik sədrliyi Azərbaycan üçün hansısa narahatlıq yarada bilərmi?
Asim Mollazadə: “Ermənistanın KTMT-ni əleyhimizə yönəltməsi mümkün deyil”
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın KTMT-ni əleyhimizə yönəltməsi qətiyyən mümkün deyil. Onun sözlərinə görə, bu sədrlik şərti xarakter daşıyır: “Təşkilata real rəhbərliyi Rusiya edir. Bu təşkilata üzv olan digər ölkələr isə Ermənistandan daha çox Azərbaycana yaxındırlar. Ona görə sədrlik dövründə Ermənistanın bu qurumdan bizə qarşı istifadə edə biləcəyini gözləmirəm. Bundan əvvəl də Ermənistan tərəfindən həmin təşkilata çağırışlar olub, amma özünüz də görürsünüz ki, heç bir nəticə verməyib”.......
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə