Partiya  AŞPA-nın qərəzli hesabatı regionda sülhə mane olur - TƏHLİL-
Bakı. Elçin Mehdiyev – Trend:
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabatda növbəti dəfə qərəzli mövqe nümayiş etdirib.
Məlumdur ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Azərbaycan regionda yeni reallıqların yarandığını bəyan edərək yeni “3+3” əməkdaşlıq formatı təşəbbüsünü irəli sürüb və Ermənistanın da bu formata qoşularaq yeni yaranmış əməkdaşlıq mühitindən faydalana biləcəyini bəyan edib. Bununla yanaşı, Azərbaycan Ermənistana sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib, regionda kommunikasiyaların açılması üçün zəruri tədbirlər görüb. Lakin Ermənistan həmişəki kimi qeyri-konstruktiv mövqe nümayiş etdirərək bu təşəbbüslərə müsbət cavab verməkdən imtina edir və regionda sülhün bərqərar olmasına əngəllər yaradır.
Lakin AŞ PA-nın hesabatında Azərbaycanın xoşməramlı təşəbbüsləri görməzdən gəlinir, Ermənistanın qeyri-konstruktiv mövqeyi isə ört-basdır edilir.
Bununla yanaşı, AŞ PA-nın hesabatında qeyri-qanuni olaraq "Dağlıq Qarabağ" ifadəsindən istifadə edilir. Azərbaycan dəfələrlə bəyan edib ki, artıq "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur və Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonun yaradılması ilə bağlı sərəncam imzalayıb. Bu nöqteyi-nəzərdən AŞ PA-nın "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik hesab edilə bilər......
.....Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Asim Mollazadə isə vurğulayıb ki, bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən AŞ PA-da çox güclü erməni lobbisi var: “Bir sıra ölkələrin nümayəndələri hətta Ermənistan nümayəndələri kimi danışırlar. Burada erməni lobbisinin fəaliyyəti göz qarşısındadır. Bundan əlavə, Türkiyəfobiya, islamafobiya da öz təsirini göstərir.
Bir məsələni xüsusilə qeyd etmək istərdim. 30 ilə yaxın bir müddət ərzində Azərbaycan əraziləri erməni işğalı altında oldu, yüz minlərlə azaərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşdü, minlərlə mülki şəxslər, qadınlar, uşaqlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Ancaq bu təşkilatların heç birinin səsi çıxmırdı. BMT-nin qətnamələri kağız üzərində qaldı, Minsk qrupu 30 ilə yaxın müddət ərzində diplomatik turizm kimi münaqişəni dondurmaqla məşğul olub, münaqişənin həllində heç nəyə nail olmayıb.
Bu gün artıq münaqişə geridə qalıb, Azərbaycan 44 günlük Vətən müharibəsində özü bu məsələni həll edib, işğal altında olan torpaqlarını azad edib və bu tarixi Zəfəri ilə regionda yeni reallıq yaradıb. Azərbaycanın Ermənistana da açıq mesajı var, ərazi iddialarına son qoyub əməkdaşlıq yolunu seçsin və Azərbaycan bu əməkdaşlığa hazırdır. Bununla yanaşı, Azərbaycan bizim vətəndaşlığımızı qəbul edib Azərbaycanda yaşamaq istəyən erməniləri də eyni hüquqlarla təmin etməyi təklif edir.
Ona görə düşünürəm ki, beynəlxalq təşkilatlar bu cür qərəzli hesabatlar verməkdən əl çəkməlidir, artıq bu oyunların zamanı bitib. Yaxşı olardı ki, onlar Ermənistanı konstruktiv mövqeyə gətirsinlər. Onlar bu cür hesabatları ilə sülhə və əməkdaşlığa mane olurlar”.
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə