Partiya  Türkiyəsiz “3+2" formatı - Aİ-nin və ABŞ-ın planı...-
Qeyd edək ki, 2020-ci ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “altılıq platforması” təşəbbüsü ilə çıxış edib. Bu, Cənubi Qafqaz ölkələrini, həmçinin İran, Rusiya və Türkiyəni əhatə edir, regionda sülh və əməkdaşlığa yönəlib. Gürcüstan təşəbbüsü soyuq qarşılayaraq özünün Qərb inkişaf vektorunu müəyyənləşdirib.
Gürcüstanın xarici işlər nazirinin müavini bəyan edib ki, bu təşəbbüs heç kimin əleyhinə deyil, bütün əlaqədar tərəflərin əməkdaşlığını nəzərdə tutur.
“Kim əməkdaşlığa hazırdırsa, prosesdə iştirak edə bilər. Türkiyə bölgənin mühüm oyunçusudur və 3+2 təşəbbüsünün irəli sürülməsi Türkiyənin prosesdən çıxarılması demək deyil. Rusiyanın həmişə ABŞ və Aİ-ni Cənubi Qafqaza sülh prosesindən kənarlaşdırmağa çalışması isə başqa məsələdir. Əgər Rusiya problemlərin, həll olunmamış münaqişələrin həlli barədə düşünərsə, biz Rusiyanı alqışlayacağıq. Ümumilikdə, biz ilk növbədə Cənubi Qafqazın üç ölkəsinə istiqamətlənmişik, qalan yerlər təşəbbüsümüzü qəbul edən üçüncü ölkələr üçün açıqdır”, nazir müavini deyib.
Bəzi erməni ekspertləri hesab edir ki, vasitəçilik təşəbbüsünün arxasında Ankara dayanır, digər ekspertlər Vaşinqtonun adını çəksə də, rəsmi Tiflis bunları təkzib edir. Tiflisin Ankara ilə yaxşı əlaqələri davam etsə də, Rusiyanın bu təşəbbüsə necə reaksiya verəcəyi aydındır. Bu, həm də Rusiyanın Avropa Birliyi və ABŞ-ın dəstəyi ilə Cənubi Qafqazda təşəbbüsü ələ almaq istəyidir ki, çətin ki, Moskva buna səbirli yanaşsın. Üstəlik, bu ölkələrə təzyiqləri artıra bilər.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bu təklifin reallaşacağına inanmır: “Bununla Gürcüstan nümayiş etdirmək istəyir ki, mən də varam. Amma ABŞ burada nəsə etmək istəyərsə, onun burada Türkiyə kimi müttəfiqi var. Mənə elə gəlir ki, bu fikirlər çox yanlışdır. Gürcüstan heç Ermənistana təsir göstərə bilməz, o ki qaldı Türkiyə və Azərbaycan kimi ölkələrə. Bu baxımdan bir daha qeyd edirəm ki, ABŞ və Avropa Birliyi bu bölgədə nəsə həyata keçirmək istəyirsə, onların buradakı tərəfdaşları Azərbaycan və Türkiyə ola bilər. Hansısa xırda ölkələrin buradakı imkanları çox məhduddur”.....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə