Partiya  Siyasilərin Şuşa səfərinin ən böyük əhəmiyyəti milli birliyimizi nümayiş etdirməkdir-

Məlum olduğu kimi, oktyabrın 7-də Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin, habelə tanınmış politoloq və siyasi şərhçilərin Şuşa şəhərinə səfəri təşkil edilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə baş tutmuş Şuşa səfərində ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də təmsil olunublar.....


.....Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə isə bildirib ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyümüzün bərpası, ümumillikdə ölkəmizin hərtərəfli inkişafı və xalqın rifahı ümummilli dəyərdir: “Sözsüz ki, Azərbaycan xalqı da bu dəyərlərin ətrafında birləşməyə qadir olmalıdır. Məhz bu anlamda siyasi partiyalar da fikir ayrılıqlarını bir kənara qoyaraq dövlətini qorumaq üçün birlik nümayiş etdirirlər”.


A.Mollazadə onu da qeyd edib ki, Azərbaycanda hakimiyyət və müxalifət partiyalarının bir sıra milli məsələlərdə daim dialoqda olmaları, vahid platformadan çıxış etmələri ölkəmiz üçün çox vacib məsələlərdən biridir: “Belə milli məsələlərdən biri Qarabağın və digər torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə bağlıdır. Ötən il sentyabrın 27-də Ermənistanın növbəti təxribatı ilə başlayan 44 günlük Vətən müharibəsi dövründə və 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiyanın birgə üçtərəfli Bəyanatının imzalanmasından sonra başlayan siyasi-diplomatik mübarizənin davam etdiyi dövr ərzində hakimiyyət ilə müxalifət partiyaları arasındakı əməkdaşlıq ölkəmizin və dövlətimizin siyasi və diplomatik imkanlarını qat-qat artırdı. Düşünürəm ki, qazandığımız qələbələrdə bu əməkdaşlığın xüsusi yeri var. Belə bir əməkdaşlığın yaranmasında ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiyanın tutduğu doğru mövqe ilə yanaşı, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq müxalifət partiyaları ilə apardığı müzakirələrin, verilən təkliflərə diqqətlə yanaşmasının, torpaqlarımızın işğaldan azad ediiməsi üçün vacib olan məsələlərdə hakimiyyət və müxalifət partiyalarının birgə bəyanatlarla çıxış etməsinin əhəmiyyəti çox böyükdür”.


A. Mollazadə onu da diqqətə çatdırıb ki, siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə, eləcə də Şuşaya birgə səfərinin təşkil edilməsi də ciddi əhəmiyyət daşıyır: “Hətta bu cür səfərlərin təşkilini çox doğru qiymətləndirirəm.  Sözsüz ki, biz bununla Vətən müharibəsi günlərində nümayiş etdirdiyimiz vahid mövqenin davam etdiyini nümayiş etdiririk. Eyni zamanda işğalçı Ermənistana, dünyaya bir mesajdır ki, Qarabağ məsələsində Azərbaycanda siyasi baxışlarından asılı olmayaraq bütün siyasi partiyaların mövqeyi yekdildir, Qarabağ məsələsində bütün partiyalar vahid mövqedən çıxış edirlər”.


Mənsumə Babayeva, “İki sahil”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə