Partiya  Azərbaycan ərazisindən bütün erməni yaraqlı hərbi nümayəndələr xaric edilməlidir-
Xəbər verdiyimiz kimi, dünən saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən Azərbaycan ərazisindən açılıb.
Bəs Ermənistan tərəfinin bu kimi təxribatlarına necə son qoymaq olar?.....
.......Millət vəkili Asim Mollazadə qeyd edib ki, Azərbaycan ərazisindən bütün erməni yaraqlı hərbi nümayəndələr xaric edilməlidir:
“Bunun üçün məhz sülhməramlı qüvvələr orada yerləşdirilib. Onlar Azərbaycan ərazisindən çıxarılmayana qədər öz təxribatlarını davam etdirəcəklər. Onlar dərhal bizim ərazidən çıxarılmalıdır. Bu istiqamətdə Rusiya sülhməramlıları zəruri addımlar həyata keçirməlidirlər. Çünki məsuliyyət onların üzərindədir.
Ermənilər bu təxribatları ona görə edirlər ki, Rusiyanın vasitəçi missiyasını gözdən salsınlar və bölgəyə hansısa başqa qüvvələri gətirsinlər. Ermənilər təxribatları davam etdirəcəklər ki, istədiklərinə nail olsunlar. Onların arxasında müəyyən qüvvələr var. Ona görə də Rusiya sürətlə onları bu bölgədən çıxartmalıdırlar”.
Fəridə Söhrabqızı
BakuPost
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə