Partiya  Qarabağda əldə edilən təcrübə Azərbaycanın bütün bölgələrində istifadə olunacaq-
Millət vəkili Asim Mollazadə isə qeyd edib ki, Füzuli Hava Limanının açılışı Azərbaycanın sürətlə “Böyük Qayıdış” layihəsini həyata keçirməsinin təzahürüdür:
....“Bu açılışda Türkiyə prezidentinin iştirakı bir daha bütün dünyaya bəyan edir ki, Vətən müharibəsində olduğu kimi, Böyük Qayıdış layihəsində də Azərbaycan Türkiyə ilə böyük işlərə imza atacaq. Yüz minlərlə Azərbaycan vətəndaşının öz yurdlarına, Qarabağa qayıdışını təmin edəcək.
Düşünürəm ki, qardaş Türkiyədən sonra Füzuli Hava Limanına Azərbaycana Vətən Müharibəsində və ondan sonra daim dəstək verən dost ölkələrin rəhbərləri gələcək. Böyük Qayıdış layihəsində bir sıra dost ölkələrin şirkətləri də iştirak edir.
Xatırlatmaq istəyirəm ki, Füzulidən sonra Zəngilanda, Laçında yeni hava limanları açılacaq. Cənab Ərdoğan və cənab Prezident İlham Əliyev ilə birlikdə Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirak etdilər. Bu da onu göstərdi ki, yeni dəmiryol xətləri, avtomobil yolları Qarabağı Türkiyə və dünya ilə birləşdirən yeni qovşaq sistemi Zəngilanda formalaşacaq”.
Millət vəkili qeyd edib ki, Qarabağda əldə edilən təcrübə Azərbaycanın bütün bölgələrində istifadə olunacaq:
“Böyük Qayıdış layihəsi dövlətimizi yeni bir mərhələyə aparan layihədir. Biz burada tək deyilik, qardaş Türkiyə daim Azərbaycanın yanındadır. Ona görə də hava limanları, dəmiryol xətləri, avtomobil yollarının çox olması və Azərbaycanın şərq ilə qərbi, şimal ilə cənubu birləşdirən böyük bir qovşaq kimi formalaşması dünyanın bir çox ölkələrinin marağını özünə cəlb edir”.
Fəridə Söhrabqızı
BakuPost
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə