Partiya  Prezidentin “ağ inqilabı”ndan 2 il ötür - islahatlar davam edəcəkmi...-
Prezident İlham Əliyevin “ağ inqilab” etməsindən 2 il ötür. 2019-cu ilin bu günlərində Nazirlər Kabinetinin tərkibində, PA-da ciddi kadr dəyişiklikləri oldu. Əksər yaşlı məmurlar vəzifədən uzaqlaşdırıldı. Yeni simalar vəzifəyə gətirildi, uğurlu təyinatlar oldu. Onlar arasında daha çox iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyev və digərləri uğur qazandı və fəaliyyətləri dəstəkləndi. Bəs görəsən, islahatlar bundan sonra da davam etdiriləcəkmi? Hansı sahələrə yeni kadrların gətirilməsinə ehtiyac var.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Asim Mollazadə bildirdi ki, islahatlar mütləq davam etdirilməlidir: “Sadəcə olaraq, kadr islahatları deyil, bununla yanaşı struktur islahatlarına də böyük bir ehtiyac var. Ələlxüsus yerlərdə idarəetmə sistemində böyük dəyişikliklər olmalıdır. Azərbaycan xalqı və dövlətin qarşısında duran əsas məsələ böyük qayıdış layihəsidir və bu istiqamətdə böyük işlər görülür və görüləcək. Bununla yanaşı, yeni kadrlar da sınaqdan çıxacaq. Bu proseslərdə nəyə qadir olduğunu nümayiş etdirə bilən kadrlar dövlət idarəetmə sistemində yeni imkanlar əldə edə bilərlər və Qarabağdakı layihələrin bir çoxu gələcəkdə Azərbaycanın bütün bölgələrində istifadə olunacaq. Yeni nailiyyətlər, yeni üsullar həm idarəetmə ilə bağlı, həm ətraf mühitlə bağlı yeni layihələr, ağıllı kəndlər və şəhərlər tək Qarabağı deyil, Azərbaycanın bütün ərazilərini əhatə etməlidir.
Düşünürəm ki, bu sistemli dəyişikliklər aparılacaq, yeni iqtisadi zonalar yaradılacaq. Mən əminəm ki, bu cür iqtisadi zona sistemləri Azərbaycanın bir sıra bölgələrində gələcəkdə istifadə olunacaq. Prinsipial olaraq bu sistemi, yeni və müasir idarəetmə üsulları ilə, sahibkara hörmətlə, sahibkarın imkanlarından, yatırımlarından istifadə edərək Azərbaycanda islahatlar sürətlə davam etdirilməlidir. Azərbaycan müasir bir ölkə kimi idarəetmədə yeni təfəkkürə, bacarığa malik olan kadrlara ehtiyacı yaranacaq. Bütün bu proseslərlə bağlı mən əminəm ki, islahatlara imkanı yaradacağıq ki, müasir, demokratik Azərbaycanın inkişafını görək”.....
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə