Partiya  Azərbaycanın dünya birliyinə inteqrasiyasında YENİ SƏHİFƏ: Sülh və qlobal əməkdaşlıq donoru-
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın dünyaya inteqrasiyasının boyutu da dəyişdi. Ölkəmiz region dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da intensivləşdirdi. Qlobal güclərlə və beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlığa başlandı. Azərbaycan bu əməkdaşlığın boyutunu maliyyə və strateji donorluq etdiyi beynəlxalq əhəmiyyətli layihələrlə dəyişdi.
Ölkəmiz 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiyası ilə nəticələnən və bunu rəsmiləşdirən üçtərəfli bəyannamə ilə Zəngəzur dəhlizinin açılmasına yaşıl işıq yandırdı. Bu dəhlizin açılması lokal kontekstdə region dövlətlərinin – Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Rusiyanın, İranın və Ermənistanın iqtisadi maraqlarının təmini baxımından önəmlidir. Qlobal miqyasda isə Pekindən Londona qədər uzanacaq “Bir kəmər, bir yol” meqalayihəsinin əsas strateji nöqtəsi olaraq bütün dünya dövlətlərinin iqtisadi maraqlarını özündə birləşdirir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın diplomatik uğurudur. Bunu bütün dünya dövlətləri bu cür qəbul edir. Eyni zamanda region dövlətlərinin 3+3 və ya altılıq formatında əməkdaşlıq imkanlarını daha da genişləndirir.
Bu dəhlizin açılması Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiya, eləcə də Ermənistan və İran üçün böyük önəmə malikdir. Hazırda Ermənistan iqtisadi blokadadadır və iqtisadiyyatın sütunları 30 illik işğalın fonunda demək olar ki, çöküb. Bu dəhlizin açılması Ermənistan iqtisadiyyatının “ana südü” funksiyasını oynaya bilər. İranın da uzunmüddətli maliyyə embarqosundan bu dəhliz vasitəsi ilə çıxmaq şansı yaranıb. Beləliklə, Zəngəzur dəhlizinin açılması təkcə Naxçıvanın blokadadan qurtuluşu kimi görülməməlidir. Eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda, beynəlxalq aləmdə nüfuzu daha da artdı.....
.....Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə isə bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin dünyaya inteqrasiyası çoxşaxəli xarakter daşıyır. Millət vəkilinin fikrincə, bir neçə gün öncə Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin təməllərini atması bunu deməyə əsas verir: “ “Ağıllı şəhər” və “ağıllı kənd” kimi layihələri Türkiyə Azərbaycanla birgə gerçəkləşdirəcək. Zəngəzur dəhlizinin ilk təməl daşını iki ölkə prezidentinin qoyması da çox mühüm tarixi hadisədir. Bu onu göstərir ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, eləcə də bütün bölgə üçün böyük önəm kəsb edir. Bu dəhliz çox mühüm kommunikasiya layihəsidir. Eyni zamanda bölgədə əməkdaşlığı, ticarət əlaqələrini daha da gücləndirəcək. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bir sıra ölkələrin marağındadır. Bu layihə region ölkələri arasındakı əməkdaşlığı daha da inkişaf etdirəcək”.
Asim Mollazadə onu da əlavə edib ki, Şuşa Bəyannaməsindən sonra Azərbaycan-Türkiyə müttəfiqliyi təkcə təhlükəsizlik məsələlərinə aid deyil: “Eləcə də bu bəyannamə bizim regionda həyata keçirdiyimiz birgə layihələrdə özünün büruzə verir. Ən əsası, iki qardaş ölkə bütün ölkələri əməkdaşlığa dəvət edir. Eyni zamanda bu iki qardaş ölkənin istəyi regionu sabitlik və əməkdaşlıq bölgəsinə çevirməkdir. Beləliklə, bu sistemdə Şimal-Cənub, Şərq-Qərb əməkdaşlıq formatı daha da inkişaf edəcək. Azərbaycan və Türkiyənin həyata keçirdiyi strateji layihələr hər kəsin marağındadır. Ankara və Bakı hər zaman bir olacaq və birgə addımlayacaq. Bu birlik hər bir layihənin gələcəkdə uğurla gerçəkləşəcəyinin carçısıdır”.
44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan dövlətlərin transmilli şirkətləri ilə beynəlxalq əməkdaşlıq daha da möhkəmləndirilib. Həmin şirkətlər Qarabağda – işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə dəvət edilib. Burada söhbət Türkiyənin, İsrailin, İtaliyanın, Pakistanın, Ukraynanın dünyaca məşhur şirkətlərinin ölkəmizə dəvət edilməsindən gedir. Onu da qeyd edək ki, hələ müharibədən əvvəl də dünyanın aparıcı transmilli şirkətləri ölkəmizdəki uzunmüddətli sabitlikdən və əlverişli investisiya mühitindən bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirdilər. Ermənistanla böyük sülh müqaviləsinin imzalanmasından sonra bu əməkdaşlıq daha da intensiv xarakter daşıyacaq və regionun sülh, sabitlik adası olan Azərbaycan bütövlükdə bölgəyə sülh gətirəcək. Artıq proseslər buna doğru gedir.
Ümumi kontekstdə götürsək, 44 günlük Vətən müharibəsindən sonra bütün geosiyasi qüvvələr Azərbaycan və Türkiyənin mövqeyi, atdığı addımlar, uğurlu iqtisadiyyat və nəqliyyat layihələri ilə sözsüz ki, hesablaşacaqlar. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan və Türkiyə, ümumilikdə Avrasiyanın orta xəttində hər kəs üçün yeni bir səhifə açdı. Biz həmin yeni səhifədə bütün tərəfləri iştiraka, təxribatlardan əl çəkməyə və gələcəyi bizimlə qurmağa dəvət edirik......
Tural Turan Agayev
Publika.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə