Partiya  Ermənistanı diz çökdürən kapitulyasiya aktı:Qələbə üçtərəfli Bəyanatla rəsmiləşdi-

Üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətinin etirafıdır

Ötən il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında  münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanatın imzalandı. Bu, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbəsi, Ermənistanın isə Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyərək döyüş meydanında rüsvayçı məğlubiyyəti, kapitulyasiyası idi.

10 noyabr tarixi bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlara əbədi həkk olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında əldə olunan böyük Zəfər məhz 10 noyabr Bəyanatı ilə rəsmiləşdi. Dövlət başçısının ortaya qoyduğu böyük siyasi iradə məhz düşməni tabe olmağa, təslimiyyəti qəbul edib, acizliyini sənəd üzərində təsdiq etməyə məcbur etdi.

Ermənistan 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər. Ermənilər gördülər ki, “məğlubedilməz erməni ordusu”, “ölməz erməni ruhu” kimi miflər puç oldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını etiraf etdilər.

Maraqlıdır, üçtərəfli Bəyanatın imzalanmasından ötən bir il hansı siyasi məqamlarla yadda qaldı?  

Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan rəhbəri Zəngəzur dəhlizinin açılması məsələsini də sənədə daxil etdirəcək

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “İki sahil”əaçıqlamasında bildirdi ki, Şuşanın azad edilməsindən cəmi bir gün sonra - noyabrın 9-dan 10-a keçən gecə Ermənistan rəhbərliyi kapitulyasiya aktını imzaladı və müharibə bitdi. Bu, üçtərəfli noyabr Bəyanatı ilə müharibənin aktiv fazası başa çatdı: “Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində Ermənistanın məğlubiyyəti rəsmən elan edildi. Rusiya Ermənistanı tam məhvdən xilas etdi. Bu bəyanatda yer alan müddəalar Azərbaycanın qalib, güclü, üstün tərəf olduğunun təsdiqidir. Bəyanatda ən diqqətçəkən məqamlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlı bəndin yer alması oldu. Heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan rəhbəri düşməni məcburiyyət qarşısında qoyub, Zəngəzur dəhlizinin açılması məsələsini də sənədə daxil etdirəcək. Rəsmi Bakı buna məhz Ordumuzun qəhrəmanlığı sayəsində nail oldu.”

Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan azad edildi

A.Mollazadə vurğuladı ki,  bu sənəddə ən diqqətçəkən növbəti məqam isə Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atılmadan razılaşdırılmış müddətdə əsl sahibinə təhvil verilməsi məsələsi idi. Bu rayonların qeyd edildiyi kimi müharibəsiz Azərbaycana təhvil verilməsi heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, iradəsi nəticəsində mümkün oldu: “Məlumatlara görə, Ermənistan həmin istiqamətdə çox böyük hərbi qüvvə yığmışdı. Çünki bu üç rayon strateji bölgələrdir. Laçından dəhliz keçdiyi, Kəlbəcərdəki yüksəkliklərdən Ermənistan və Azərbaycan ərazilərinə nəzarət mümkün olduğu, Ağdamdan isə Xankəndi və Şuşaya yollar keçdiyi üçün işğalçı həmin rayonlar istiqamətində öz qüvvələrini daha çox cəmləmişdi. Ermənistan həmin ərazilərdən Azərbaycan Ordusunu qarşılayıb döyüşdə dönüş yaratmaq niyyətində idi. Bu isə həmin bölgələrdə döyüşlərin daha şiddətli olacağından xəbər verirdi. Bu həm də çoxlu sayda insan itkisi ilə nəticələnə bilərdi. Ona görə də həmin rayonların atəş açılmadan Azərbaycanın nəzarətinə qaytarılması Bəyanatın uğurlarındandır.”

Deputat xatırlatdı ki, bəyanatda qeyd edildiyi kimi Azərbaycan və Ermənistan arasında əsirlərin və cəsədlərin mübadiləsi həyata keçirilsə də, rəsmi İrəvanın qeyr-konstruktiv mövqeyi ucbatından sərhədlərin delimitasiya və demarkasiya prosesi, eləcə də nəqliyyat kommunikasiyalarının bərpası məsələsi keçən 1 il ərzində həllini tapmayıb. Lakin Azərbaycan Qarabağ məsələsində olduğu kimi Ermənistanın vaxt qazanmaq üçün qurduğu oyunlarına daha bir neçə il güzəştə getmək fikrində deyil.

A.Mollazadənin sözlərinə görə, üçtərəfli Bəyanatın qarantı məhz Rusiyadır:  “Ermənistan öz öhdəliklərindan hansınısa yerinə yetirməsə həm də Rusiyaya zərbə vurmuş olar. Rusiya Ermənistanı demək olar ki, bütün öhdəliklərini istisnasız yerinə yetirməyə məcbur edəcək.”.....

Yaqut Ağaşahqızı, “İki sahil”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə