Partiya  Moskva-Ankara-Bakı üçbucağı: Rusiya istəsə...-

İstanbulda keçirilən Dünya Enerji Konqresində Azərbaycan, Rusiya və Türkiyə rəhbərlərinin görüşləri, bölgədə enerji layihələrinin inkişafına yönəlik proqramlara olan dəstək birbaşa Azərbaycanın mənafeyinə uyğundur.

 

Bu barədə Axar.az-a millət vəkili Asim Mollazadə danışıb. Millət vəkili hesab edir ki, bu proses Bakının həyata keçirdiyi bir sıra layihələrin inkişafına xidmət edəcək:

 

“Regionda sülhün bərqərar olması üçün Türkiyə-Rusiya münasibətlərinin inkişafına böyük ehtiyac var və bu istiqamətdə uğurla davam edən irəliləyiş Azərbaycanın maraqlarına da uyğundur. Əgər Rusiya yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müvafiq addımlar atarsa, o zaman Cənubi Qafqaz sabitlik və əməkdaşlıq  bölgəsinə çevriləcək. Hazırda bizim üçün ən önəmli və əsas məsələ budur. Əslində, güclü Rusiya-Türkiyə münasibətləri Azərbaycanın iqtisadi və təhlükəsizlik sahəsində olan maraqlarını təmin edə bilər. Bu, çox önəmli faktordur. Ona görə də ümidvarıq ki, Rusiya Türkiyə ilə getdikdə yaxınlaşan bu əməkdaşlığı nəticəsində Qarabağla bağlı da müəyyən addımlar atsın”.

 

Qeyd edək ki, oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. Tədbir oktyabrın 13-dək davam edəcək. Konqres çərçivəsində Rusiya, Türkiyə və Azərbaycan liderlərinin bir araya gəlməsi və onlar arasındakı səmimi görüntülər əsas müzakirə mövzularındandır.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə