Partiya  Azərbaycanın İsraildə səfirliyinin açılması vacibdirmi? - SORĞU-

İsrail Azərbaycana dost olan ölkələrdən biridir. Hər iki ölkənin çoxtərəfli əməkdaşlığı var. 44 günlük Vətən müharibəsində də İsrail Azərbaycanın yanında idi. İki ölkə arasında iqtisadi və hərbi sahədə sıx əlaqələr var. Ancaq Azərbaycanın İsraildə səfirliyi yoxdur. Azərbaycanın İsraildə səfirliyinin açılması vacibdirmi?


Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bu barədə SİA-ya verdiyi açıqlamada bunları deyib: "Azərbaycanın İsrail ilə çoxşaxəli əlaqələri var. Ancaq iqtisadi təmsilçilik bütün prosesləri təmin etməyə yetərli deyil. Mütləq Azərbaycanın İsraildə səfirliyi açılmalıdır. Bu çoxşaxəli əlaqələrimizi daha da gücləndirə bilər. Məsələn, humanitar, mədəni sahədə, təhsil sahəsində bizim əməkdaşlığımızın çox böyük potensialı var. Bu işlərin təmin edilməsi üçün səfirlik fəaliyyəti çox vacibdir".....


Sia.az

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə