Partiya  Gözlər Haaqada - Beynəlxalq məhkəmədən nə qərar gözləyək?-

BMT məhkəməsində Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları üzrə qərar çıxarılacaq; deputatlar və hüquqşünas ədalətli qərara ümid edir, amma...

BMT-nin Beynəlxalq Məhkəməsi dekabrın 7-də Azərbaycanın Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın pozulması iddiası üzrə qərar çıxaracaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məhkəmənin saytında yer alan məlumatda deyilir. Elə həmin gün Ermənistanın Azərbaycana qarşı analoji iddiası üzrə də qərar çıxarılacaq. Azərbaycan və Ermənistan bu ilin sentyabrında bir-birinə qarşı iddia qaldırıb. Qarşılıqlı ittihamlar vətəndaşların milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, etnik təmizləmələr, ədavət salınması ilə bağlıdır.

Oktyabrda BMT məhkəməsi Haaqada Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiası üzrə dinləmələr keçirib. Bəs Haaqa Məhkəməsinin qərarı necə olacaq? 30 il ərzində torpaqlarımızı işğalda saxlayaraq etnik təmizləmə aparan, 1 milyondan çox insanımızı qaçqın həyatı yaşamağa vadar edən Ermənistan cəzalanacaqmı? 44 günlük müharibənin nəticələrini təhrif edən, özlərini guya bu müharibədə zərərçəkən, erməni əhalisini “torpaqlarından qaçqın düşdüyü” barədə yalanlar uyduraraq həyasızca Azərbaycana qarşı iddia qaldırmış Ermənistan nəyə ümid edir? Haaqa Məhkəməsi hər iki tərəfi razı salmaq üçün iddiaları təmin edə bilərmi? Amma Azərbaycan 44 günlük müharibədə nə mülki erməni həyatına son qoyub, nə onların kilsələri, erməni qəbirləri dağıdılıb, nə də etnik təmizləmə siyasəti aparıb. Əksinə, Soçi görüşündə Rusiya lideri açıqladı ki, müharibədən sonra 52 min nəfər daim yaşayış yerinə qayıdıb. Söhbət Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərdən gedir. Halbuki Ermənistan 30 ilə yaxın 1 milyon insanı yurd-yuvasından didərgin salıb. O halda BMT məhkəməsi nizam-tərəzini düzgün qura biləcəkmi? Beynəlxalq femidadan nə gözləyə bilərik?.....

.....Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, əgər haqq-ədalət varsa, qanunun aliliyinə hörmət qoyulacaqsa, düzgün qərar çıxarılacaq: “Düzgün qərar olmasa şübhələr yaradacaq. Ən azından Azərbaycan tərəfi müraciət etməlidir. Biz hərbi cinayətkarların mühakiməsinə nail olmalıyıq. Necə ki, Ruanda, Serebrenitsa qatilləri mühakimə edilib, Xocalıda qətliamlar törətmiş canilər də hökmə cəlb olunmalıdır. Ona görə peşəkar hüquqşünaslar fəaliyyət göstərməlidirlər. Ancaq siyasi maraqlar hüququn aliliyini üstələsə, erməni tərəf qaldırdığı iddiaların təmin edilməsinə nail ola bilər”......


Emil SALAMOĞLU
“Yeni Müsavat”


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə