Partiya  Azərbaycan XİN-in Stokholm görüşündən imtina etməsinə partiya sədrlərindən MÜNASİBƏT-
Dekabrın 3-də İsveçin paytaxtı Stokholm şəhərində, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulurdu.
Lakin Azərbaycan tərəfi bu müzakirələrə qaıtlmaqdan imtina etdi. Buna səbəb kimi isə, görüşdən cəmi bir neçə saat öncə Ermənistan parlamentarilərinin, Qarabağa qanunsuz səfər etməsi əsas göstərildi.
Azərbaycanın Ermənistan və rəsmi İrəvanın böyük ümidlər bəslədiyi ATƏT qarşısında sözügedən addımı atmasına bir sıra partiya rəhbərlərinin münasibətini öyrəndik.....
......Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə, Azərbaycanın mövqeyinin sülhə yönəldiyini və rəsmi İrəvanın prosesə zidd addımlar atmasının Ermənistanı böyük təhlükələrlə üz-üzə qoyacağını qeyd edib.
Asim Mollazadənin fikrincə, Azərbaycan tərəfi görüşdən imtina etməklə ATƏT-ə də önəmli mesajlar verib:
“Azərbaycan öz hərəkəti ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə də sübuta yetirdi ki, biz Ermənistanın təxribatçı davranışlarını qəbul etmirik. Sırf söhbətlər naminə, hər hansı görüşün təşkil olunması yerinə, Azərbaycan tərəfi rəsmi İrəvandan əməli addımlar gözləyir. Sülhün təmin olunmasını istəyən hər bir ölkə isə, Ermənistanı bu istqamətdə addımlar atmağa vadar etməlidir”......
Murad Əhmədov, Bizim.Media
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə