Partiya  Ermənistanın Soçi razılaşmasına “korrektə”cəhdi-
Ermənistanın baş nazir müavini Mger Qriqoryan Rusiya KIV-lərinə verdiyi müsahibədə Soçi görüşündə əldə olunan razılaşmanı təhrif etməyə çalışıb.
Sitat: “Biz liderlərin Soçi görüşünə uyğun olaraq, sərhəddə stabillik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı addımlar çərçivəsində Rusiyanın konsultativ iştirakı ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq. Ancaq bu məsələ heç bir halda regionda kommunikasiyaların mümkün açılması ilə əlaqəli deyil”.
M.Qriqoryan əlavə edib ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində ekspert alt qrupu yaradılıb və o, kommunikasiyaların açılması halında yüklərin daşınması məsələlərinin həlli ilə məşğuldur: “Bu məsələlərin yekun müzakirəsi hələ keçirilməyib”.
Göründüyü kimi, Ermənistan rəsmiləri yenə görüşdə əldə olunan razılaşmanı təhrif etməklə məşğuldur. Çünki Soçi görüşünün yekun sənədində qeyd olunur ki, tərəflər sərhədlərin dəqiqləşməsi, kommunikasiyaların bərpası və humanitar məsələlərlə bağlı razılığa gəliblər. Hətta həmin görüşdə Putin də dəhlizlərin açılmasının zəruriliyini qeyd edəndə Paşinyan razılıq əlaməti olaraq başını yelləyirdi.(Bakı-xeber)
Belə olan təqdirdə, Ermənistan rəsmilərinin Soçi görüşünün nəticələrini öz xeyirlərinə “korrektə”etməkdə məqsəd nədir?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Ermənistanın yenə də bütün şərtləri qəbul etməyə məcbur qalacağını söylədi: “Ermənistanın bu oyunlarında yeni heç bir şey yoxdur. Xatırladıram ki, Vətən müharibəsindən öncə, müharibə getdiyi günlərdə və müharibədən sonra oyunlarını oynamaqdadırlar. Onların istənilən cəhdləri məğlubiyyətlə nəticələnəcək. Azərbaycan öz iradəsini həyata keçirmək, eləcə də Zəngəzur dəhlizinin açılması üçün bütün zəruri işlərini görəcək. Ermənistan isə bu dəfə də bütün şərtləri qəbul etməyə məcbur olacaq. Yaxşı olardı ki, onlar bunu tezliklə könüllü şəkildə həyata keçirsinlər, yeni itkilər verməsinlər, yeni məğlubiyyətlərlə üzləşməsinlər. Ermənistan hakimiyyəti anlamalıdır ki, onların bir dövlət kimi mövcudluğu ancaq o zaman mümkün ola bilər ki, ərazi iddialarına son qoysunlar, Azərbaycanla sülh sazişini hazırlasınlar, Zəngəzur dəhlizini açsınlar, delimitasiya və demarkasiyanı həyata keçirsinlər, üzərlərinə düşən öhdəlikləri sürətlə yerinə yetirsinlər. Burada vaxt amilinin böyük əhəmiyyəti var. Əks halda, yeni faciələrlə üzləşəcəklər”......
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə