Partiya  Rusiya Ermənistanı sülhə məcbur edə bilər - deputat-

Bakı, 13 oktyabr, SalamNews, A.Bayramova. “Ermənistan müstəqil dövlət deyil”.

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bildirib ki, Ermənistan Rusiyanın hərbi bazasıdır: “Ermənistan bölgədə silahlanır. Hesab edirəm ki, Rusiya bu münaqişənin həllini istəsə, bu Rusiya üçün problem təşkil etməyəcək. Rusiya qısa müddətdə Azərbaycanın işğal altında olan ərazilərini azad edə bilər. Bu Rusiyanın iradəsidir”.

A.Mollazadə deyib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ancaq danışıqların imitasiyası ilə məşğuldur: “Onlar nümayiş etdirirlər ki, guya danışıqlarda iştirak edirlər.  Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı hər hansı bir addım atmaq istəmir. Beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik addımlar atır. Rusiya isə münaqişənin həlli ilə bağlı ciddi addımlar ata bilər və Ermənistanı sülhə məcbur edə bilər”.  

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə