Partiya  Qarabağda Donbass ssenarisi? – Ya erməni təxribatıdır, ya da...-
Deputat: “Bu, uğursuz oyun olacaq və heç bir nəticə verməyəcək”
.....Milli Məclisin üzvü Asim Mollazadə isə sözügedən məlumatın dəqiqləşdirilməsini vacib hesab edir. Onun AYNA-ya dediyinə görə, ciddi yoxlamaq lazımdır ki, həqiqətən də belə bir addım atılıb, yoxsa yox: “Erməni mediası və mənbələri hər zaman yalan, dezinformasiya xarakterli məlumatları ilə seçilib. Onlar əksər vaxtlarda bu cür məlumatlar yayaraq təxribat niyyəti güdürlər”.
Deputat istisna etmir ki, separatçılar kimisə tapıblar və indi "rus icması" oyununu oynamaq istəyirlər: "Amma inanın ki, bu, uğursuz oyun olacaq və heç bir nəticə verməyəcək".
Mollazadə xatırladıb ki, bu gün Azərbaycanda böyük rus icması var: "Cənubi Qafqazın ən böyük rus icması Azərbaycandadır. Rus icmasının, səhv etmirəmsə” 5 nümayəndəsi Azərbaycanın Milli Qəhrəmanıdır. Demək istədiyim odur ki, rus icmasının nümayəndələri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün canlarından keçiblər. 44 günlük Vətən müharibəsində Azərbaycanın rus əsilli vətəndaşlarının ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gözlərini qırpmadan döyüşə getdiklərinin, şəhid olduqlarının şahidiyik".
"İstisna deyil ki, Qarabağ uğrunda döyüşmüş, şəhid olmuş rus vətəndaşlarımızın ailə üzvlərindən, rus əsilli qazilərimizdən, veteranlarımızdan kimsə Qarabağda yaşamaq istəsin. Təbii ki, Qarabağda bərpa-quruculuq işləri bitəndən, qayıdış başlayandan sonra. Demək istədiyim budur ki, Azərbaycan ərazisində real rus icması məhz budur. Separatçılar kimisə ortaya atıb hansısa oyun oynayırlarsa, bunun nəticəsini görməyəcəklər. Çünki Qarabağ Azərbaycandır!", - deyə həmsöhbətimiz fikrini tamamlayıb.
Müəllif: Anar Bayramoğlu.
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə